Главная > Dünya > Hindistanda daşqınlar nəticəsində ölənlərin sayı 514-ə çatıb

Hindistanda daşqınlar nəticəsində ölənlərin sayı 514-ə çatıb


29-08-2017, 12:58.

Hindistanın Bixar ştatında baş verən daşqınlar nəticəsində ölənlərin sayı 514-ə çatıb. Bu barədə Hindistanın Fövqəladə Hallarin İdarə Olunması Departamentinin nümayəndəsi məlumat yayıb.

AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, təbii fəlakət ştatın 19 dairəsində 17 milyondan çox insana ziyan vurub. Hindistanda 150 müvəqqəti sığınacaq mövcuddur və bu sığınacaqlarda 159 min insan yaşayır.

Hökumət nümayəndələri ştatda 3-4 günə vəziyyətin düzələcəyini və insanların öz evlərinə qayıdacaqlarını bildiriblər.

 


Вернуться назад