Главная > Aktual > İraq hökuməti Kərkükdə hərbi qüvvə yerləşdirmək niyyətindədir

İraq hökuməti Kərkükdə hərbi qüvvə yerləşdirmək niyyətindədir


25-09-2017, 19:38.

İraq hökuməti Kərkükdə hərbi qüvvə yerləşdirməyi planlaşdırır.

APA-nın "Milliyet”ə istinadən verdiyi məlumata görə, hökumətin qərarına əsasən İraq Kürdüstanının nəzarətində olan bütün sərhəd məntəqələrinin bağlanması və Kərkük neft yataqlarının İraqın ixtiyarına verilməsi qərara alınıb. Rəsmi Bağdad Məsud Bərzaninin və yerli kürd muxtariyyətinin digər mənsublarının bank hesablarının izlənilməsinə qərar verib.

Qeyd edək ki, bü gün İraqın şimalındakı Kürd Muxtariyyətinin ərazisində müstəqillik referendumu keçirilib. İraq hökuməti referendumun qanunsuz olduğunu bəyan edib. ABŞ, Almaniya, Fransa və BMT nümayəndələri M. Bərzani ilə görüşərək referendumun təxirə salınmasını istəsələr də, bu, mümkün olmayıb.

Referendumun nəticələrinin 72 saat ərzində elan ediləcəyi bildirilir.


Вернуться назад