Главная > Dünya > Meksikada zəlzələ nəticəsində ölənlərin sayı 345 nəfərə çatıb

Meksikada zəlzələ nəticəsində ölənlərin sayı 345 nəfərə çatıb


30-09-2017, 08:31.

Meksikada zəlzələ nəticəsində ölənlərin sayı 345 nəfərə çatıb.

APA-nın "AP” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Meksika Mülki Müdafiə Xidmətinin rəhbəri Luis Felipe Puente bildirib.

Bundan əvvəl 225 nəfərin öldüyü bildirilirdi. Ölkənin təbii fəlakətdən zərər çəkmiş 38 şəhərində xilasedici əməliyyat davam etməkdədir.

Ən çox ölüm halı paytaxt Mexikoda qeydə alınıb. Burada azı 40 bina tamamilə dağılıb, yüzlərlə yaşayış evi qəzalı vəziyyətə düşüb. Xatırladaq ki, sentyabrın 19-da Meksikada 7,1 bal gücündə zəlzələ olub. Yeraltı təkanların episentri ölkənin cənubunda yerləşib.


Вернуться назад