Главная > Siyasət > Parisdən Bağdada vacib zəng – Kürd münaqişəsi...

Parisdən Bağdada vacib zəng – Kürd münaqişəsi...


30-09-2017, 16:29.

                                Parisdən Bağdada vacib zəng –Kürd münaqişəsi...

 

Fransa Prezidenti Emmanuel Makron rəsmi Bağdada Kürdüstan ətrafında baş verən münaqişənin həllində kömək təklif edib.

Bu barədə Fransa Prezidenti Makron İraqın Baş naziri Heydər Abadi ilə telefon danışığı zamanı bildirib.

Makronun sözlərinə görə, İraq hakimiyyəti və Kürd Muxtariyyəti İŞİD-lə mübarizə sahəsində birlikdə hərəkət edərək ölkədə sabitliyin qorunmasına çalışmalıdır. Referendum məsələsinin həll yollarını axtararkən istənilən gərginlikdən qaçılmalıdır.

Fransa prezidenti həmçinin İraqın Baş naziri Həydər Abadiyə konfliktin həllində öz köməyini təklif edərək, oktyabr ayının 5-də münaqişənin müzakirə edilməsi üçün onu Parisə səfərə dəvət edib.

Qeyd edək ki, İraq Kürd Muxtariyyəti sentyabr ayının 25-də müstəqillik referendumu keçirib.//axar.az

 


Вернуться назад