Главная > Islam > İmam Hüseynin (ə) qıyamının gözəllikləri

İmam Hüseynin (ə) qıyamının gözəllikləri


13-10-2017, 18:19.

İmam Hüseynin (ə) qıyamının gözəllikləri

Bismillahir-Rəhmanir-Rəhim. Bu yazı İmam Hüseynin (ə) qiyamının gözəllikləri barəsindədir. Şübhəsiz imam Hüseyn (ə) qiyamını əbədiləşdirən amillərdən biri də, qiyamda olan gözəlliklərdir (incəliklərdir). Kərbəla hadisəsində xoşagəlməyən səhnələr olmasına rəğmən, İmam Hüseyn (ə) və əhlibeytinin bu hadisələrə mənfi baxmaması, hadisələrin daha da gözəl olmasına bais olmuşdur. Beləliklə, belə bir baxış tərzi bütün insanlar üçün dərs olmuşdur. Bu yazıda "gözəllik” anlamının tərifini, gözəlliyin növlərini və imam Hüseynin (ə) qıyamdakı öç gözəllik meyarını- gözəl niyyət, gözəl söz və gözəl əməli izah edəcəyik.

Gözəllik anlamı

"Gözəllik”, gözəl sözündən götürülmüşdür. Gözəllik: layiq, bəyənilmiş mənasını daşıyır və nisbi məfhumdur. Bəziləri gözəlliyin nizam-intizam və həmahənglik mənasında işləndiyini və bir şeydə olan paklıq və əzəmətlə birlikdə insan ağlını və təxəyyülünü təhrik edən, insana ləzzət edən şey kimi mənalandırırlar.

Gözəlliyin növləri

Ümumiyyətlə iki növ gözəllik mövcuddur. Zahiri (məhsus) gözəllik. Batini (məqul) gözəllik. Məsumların hədislərində hər iki gözıəlliyə işarə olmuşdur. Həzrət Əli (ə) buyurur: "Zahiri gözəllik üzün gözəlliyidir. Batinin gözəlliyi isə əxlaqın gözəlliyidir. (Mizanul-hikmət, 1-ci cild, səh 416) جَمَالُ الظَّاهِرِحُسْنُ الصُّورَةِ و الْجَمَالُ الْبَاطِنُحُسْنُ السَّرِيرَةِ Bu hədisə əsasən gözəlliyi iki yerə bölmək olar:

1-Zahiri gözəllik

Gözəlliyin bölümlərindən biri də zahiri gözəllikdir. Zahiri gözəllik növünü zahiri hislərlə dərk etmək olur. Başqa sözlə desək, zahiri gözəlliyi anlamğın ən mühüm vasitəsi insanda olan beş hissdir. Görmək, eşitmək, dadmaq, ləms etmək və qoxulamaq.

2- Batini gözəllik

Batini gözəllik zahiri hisslərlə dərk olunmur. Ağılla və daxili nurla dərk oluna bilər. Feyz Kaşaninin təbiri ilə desək: bəzən əql, qəlb və nur deyilən insanın altıncı hissi, insana məxsusdur və digər beş hisdən daha güclüdür. (Əl-Muhəccətul-bəyza, 8-ci cild, səh 13)

Gözəllik sözdə, əməldə və yaxud insan xüsusiyyətlərində də özünü təzahür etdirir. Sözdəki gözəllik, hikmətli sözlər və Quran ayələri kimi; əməldəki gözəllik, Allah yolunda cihad etmək və ehtiyaclıların əlindən tutmaq (yardım etmək) kimi. Gözəl xüsusiyyətlər iffət, şücaət, təqva və kəramətlilik kimi, batini gözəllikləri izah edən rəvayətlər çöxdur. Həzrət Peyğəmbər (s) buyurur: "Gözəllik sözün düzlüyüdür” (Mizanul-hikmət, 1-ci cild, səh 416) الجمالصواب القول بالحق "Kişinin gözəlliyi dilindəki fəsahətdir” (Həmin mənbə) جمال الرّجل فصاحة لسانهHəzrət Əli (ə) buyurur: "İnsanın

gözəlliyi onun helmidir” جَمَالُالرَّجُلِ حِلْمُهُ "Möminin gözəlliyi gönahlardan çəkinməsindədir (təqvasıdır)” (həmin mənbə) جَمَالُ الْمُؤْمِنِوَرَعُهُ.. "Azad insanın gözəlliyi eyblərdən uzaq olmasıdır” (həmin mənbə) جَمَالُ الْحُرِّتَجَنُّبُ الْعَارِ "Alimin gözəlliyi elminə əməl etməsindədir” (həmin mənbə) جَمَالُالْعَالِمِ عَمَلُهُ بِعِلْمِهِ Bu gözəlliklərin bəzisi hər bir insanın fikrincə gözəldir. Müharibədəki əsirlərə yardım etmək, yaralananların yarasını bağlamaq, müharibə görmüş insanların evlərini söküb-dağıtmamaq, qadınlar və uşaqların təhlükəsizliyini təmin etmək. Amma bəzi gözəllikləri məhz möminlər anlayar; Allahla münacatın gözəlliyi bu qəbil gözəlliklərdəndir. Hər halda məsumlar əsasən batini gözəlliklərə diqqət etmişlər. Hədislər əsasən batini gözəlliklərdən bəhs edir.

İmam Hüseynin (ə) qiyamının gözəllikləri

Aşura hadisəsinin gözəlliklərini dərindən bilmək üçün hadisənin əsas üç cəhətini araşdırmalıyıq. İmam Hüseyn (ə), əshabı və əhlibeytinin niyyətləri hər kəsə bəlli olmalıdır. Sonra onlardan yadigar qalan sözlər və təsirli (nüfuzedici) davranışları müfəssəl şəkildə araşdıracağıq.

Gözəl niyyət

Əməlin gözəl olmasında niyyətin rolu çox böyükdür. Niyyət özü əməlin gözəlliklərindən biridir (bir hissəsidir). Şübhəsiz, sözə və əmələ son dərəcə gözəllik vermək istəsək onu gözəl niyyətlə yerinə yetirməliyik. Sözün və əməlin məhz zahiri gözəlliyi kifayət etmir. Bəzən uşaqlar, özlərinin də xəbəri olmada (yəni niyyət olmadan) gözəl söz deyir və gözəl əməl edirlər.

Ümumiyyətlə, ağıl gözəl sözü və əməli o vaxt bəyənilən hesab edir ki, sözün qaili (sözü deyən adam) və əməlin faili (əməli yerinə yetirən adam) danışdığı sözü və etdiyi əməli agahlıqla desin və yerinə yetirsin. Şübhəsiz sağlam ağıl imam Hüseynin (ə) və əshabının hədəfinə hörmətlə yanaşır. Əgər imam qüdrət və hökumət əldə etmək üçün qiyam etmiş olsa idi, bu heç də gözəl sayılmayacaqdı. İmam Hüseyn (ə) qiyamının səbəblərini "əmr be məruf”, "nəhy əz münkər” və dini və Peyğəmbər (s) sünnəsini diriltmək və ümmətin islahı- kimi elan etmişdir:

وَ أَنِّي لَمْ أَخْرُجْأَشِراً وَ لَا بَطِراًوَ لَا مُفْسِداً وَلَا ظَالِماً وَ إِنَّمَا خَرَجْتُلِطَلَبِ الْإِصْلَاحِ فِي أُمَّةِ جَدِّيص أُرِيدُ أَنْآمُرَ بِالْمَعْرُوفِ وَ أَنْهَى عَنِالْمُنْكَرِ وَ أَسِيرَ بِسِيرَةِجَدِّي وَ أَبِي

"Mən özümü istədiyim və yaxud gözəranımın xoş olması üçün qiyam etməmişəm. Mən fəsad törətmək və zülm etmək üçün qaldığım yerdən çıxmamışam. Mənim bu səfərdəki məqsədim yaxşı işlərə əmr etmək, pis işlərdən çəkindirməkdir. Bu hərəkətimlə ümmətin arasındakı fəsadları aradan qaldıram (islah edəm) itəyirəm. Cəddim Peyğəmbər (s) və atam Əlinin (ə) sünnəsini ehya etmək istəyirəm” (Məqtəlul-Hüseyn, 1-ci cild, səh 188).

İmam bu sözləri ilə qiyamının hədəflərini açıq-aşkar bildirmişdir. İmamın niyyəti xeyirxahlıq olub. Yəni xalqın islahı, Peyğəmbər (s) və Əlinin (ə) sünnəsinin ehyası, sırf

Allaha xatir bir niyyəti olub, Allah üçün xalis qiyam olub.أَنْ تَقُومُوا لِلَّهِمَثْنى وَ فُرادى "…Allah xatirinə iki-iki, bir-bir durun…” (Səbə surəsi, 46-cı ayə).

İmam Hüseyn (ə) lap yolun başından ətrafında olan adamların niyyətini də islah etməyə çalışıb. Dünyəvi məqsədlərə nail olmaq üçün də o həzrətə qoşulanlar var idi. Bu səbəbdən Zübalənin evində, qasid Müslimin şəhadət xəbərini gətirdikdə imam xəbəri gizlətmədi, əksinə, açıb hər kəsə elan etdi və buyurdu: "Hər kəs getmək istəyirsə, azddır, gedə bilər, bizdən onun boynunda bir öhdəlik (beyət) yoxdur” (Tarixi Təbəri, 5-ci cild, səh 418) فمن أحبّمنكم الانصراف فلينصرف، ليس عليه منّاذمام

Bu xəbər bəzilərini imamdan ayırdı. İmam aşura axşamı da öz əshabına buyurdu: "Gecənin qaranlığından yararlanıb gedə bilərsiniz. İmam gecə yarısı Hilal ibn Nafeə buyurdu: gecənin qaranlığından istifadə et və get. Bunların işi mənimlədir. Amma Hilal imama yalvarıb-yaxarır, qalmaq istədiyini deyir, imam da ona icazə verir. (Əl-Lühuf, səh 154).

وَ إِنِّي قَدْ أَذِنْتُلَكُمْ فَانْطَلِقُوا أَنْتُمْ فِي حِلٍّ لَيْسَعَلَيْكُمْ مِنِّي ذِمَامٌ هَذَااللَّيْلُ قَدْ غَشِيَكُمْ فَاتَّخِذُوهُجَمَلا و ليأخذ كلّرجل منكم بيد رجلمن اهل بيتى، وتفرّقوا في سواد هذااللّيل، و ذرونى وهؤلاء القوم، فانّهم لايريدون غيرى

Gözəl sözlər

Aşura qiyamının ikinci gözəllik mərhələsi gözəl və bəyənilən sözlərindədir. Elə bir gözəl sözlərdir ki, hətta qeyri müsəlmanları belə təhsin etməyə vadar etmişdir. Burada neçə nöqtəyə işarə etməliyik:

1-Bu sözlər insanı hidayət etmək naminədir və elə bir vaxtda deyilib ki, o sözləri deyən adamların hamısı bir neçə saatdan sonra öləcəklərini bilirdilər. Adətən belə hallarda insanın bütün varlığını iztirab bürüyür, heç bir sözü düşünülmüş şəkildə deyə bilmir. Dərin mənalı sözləri dilə gətirmək həmin anda çox çətindir. İmam Hüseyn (ə) qiyamında mühüm rol oynayan şəxslərin çoxu açıq hikmətli sözlər demişlər.

2- Sözün müxatəbdə lazımı təsiri üçün söz deyən şəxsin bəzi şəraitə malik olmalıdır. Əks-təqdirdə, söz faydasız və təsirsiz olar. İmam Hüseynin (s) sözlərinin Kufəlilərdə təsir etməməsinin səbəblərindən biri də onların haramxor olmalarıdır. (Biharul-ənvar, 65-ci cild, səh 154). كُلُّكُمْ عَاصٍلِأَمْرِي غَيْرُ مُسْتَمِعٍ قَوْلِيفَقَدْ مُلِئَتْ بُطُونُكُمْ مِنَ الْحَرَام Quranın təbiri ilə desək, belə şəxslər kar, kor və laldır. (Bəqərə surəsi, 18 və 171-ci ayə) صُمٌ بُكْمٌعُمْي

Baqa sözlə desək, bəzən müşkül sözü deyəndə deyil, eşidəndədir. İmam Əli (ə) Həmmam adlı səhabəsinə pərhizkarları (onların sifətlərini) izah etdikdən sonra Həmmam özündən getdi və elə həmin özündən getməklə də dünyadan köçdü. Həzrət Əli (ə) buyurdu: Düzgün nəsihətlər əhlinə belə (təsir) edir. (Nəhcül-bəlağə, 194-cü xütbə).هَكَذَا تَصْنَعُ الْمَوَاعِظُ الْبَالِغَةُ بِأَهْلِهَا

3- Hər bir sözün gözəlliyi və dəyəri onun mənasındadır. Dərin və zəngin mənalı sözlər insanlara təsir edir. Ona görə də bihudə (mənasız) sözlərin heç bir dəyəri yoxdur.

İmam Hüseynin (ə) sözlərində zahiri gözəllik də var idi. Amma mənaca o qədər gözəl idi ki, hətta bəzi düşmənlərin də zehnini alt-üst etdi.

4- Gözəl sözü deyən şəxs dediklərinə əməl edərsə, söz daha da gözəlləşə. Məhz bu səbəbə görə məsumların sözü insanlara çox təsir edir.

Gözəl əməl

Əməlin gözəlliyi insan batininin gözəlliyindən qaynaqlanır. Burada Kərbəlanın gözəlliklərinin bəzisinə işarə edirik:

1-Allahla ünsiyyət

Kərbəlanın gözəlliklərindən biri də Allahla rabitədir. İmamın Allahla rabitəsi aşiqcəsinə münacatlarla həyata keçirdi. Allahla lap körpəlikdən ünsiyyətdə idi. Ərəfə duasının bəzi hissələri imamın Allahla sıx əlaqəsindən hekayət edir. Həzrət, Allahı ən ali həddə tanıyırdı və ona görə münacatlardan ləzzət alırdı, çox gözəl dərk edirdi. Allahın qəzavü qədəri müqabilində təslim olmuşdu: "Həmd (şükür və tərif) olsun Allaha ki, qəzasını dəf edə və ətasına mane ola bilən şəxs yoxdur” (Məfatihul-cinan, ərəfə duası). الْحَمْدُلِلَّهِ الَّذِي لَيْسَ لِقَضَائِهِدَافِعٌ وَ لَا لِعَطَائِهِمَانِع

Başqa bir yerdə buyurur: "Qəzavü qədərini mənə xeyirli və bərəkətli et ki, mənim müqəddəratım, mənim üçün gec yazdığını, tez istəməyim və mənim üçün tez yazdığını gec istəməyim”

خِرْ لِي فِي قَضَائِكَوَ بَارِكْ لِي فِيقَدَرِكَ حَتَّى لَا أُحِبَّتَأْخِيرَ مَا عَجَّلْتَ وَلَا تَعْجِيلَ مَا أَخَّرْت

Həzrət Allahdan istəyir ki, ona elə bir razılıq məqamı versin ki, Allahın təqdir etdiklərinə sevinsin və razı olsun. Bu üzdən imamın şəhadətində əsla narazılıq və giley etmək müşahidə olunmur. Hər bir işin Allah əli ilə yerinə yetirildiyini düşünür: "İlahi! Bütün çətinliklərdə arxalandığım şəxs Sənsən və bütün müşküllərdə ümid bəslədiyim şəxs Sənsən” (Biharul-ənvar, 45-ci cild, səh 4).

اللَّهُمَّ أَنْتَ ثِقَتِي فِيكُلِّ كَرْبٍ وَ رَجَائِيفِي كُلِ شِدَّة

Müharibənin ortasında, diri qalacağına azacıq ümidi olmayan şəxsin Allahla münacatı çox gözəldir. İmamın əshabının gecə oyaq qalıb səhərədək Allahla münacatı, Quran tilavəti, xeymələrdəki dua səsləri olduqca ürək oxşayandı (hər kəsə ləzzət verirdi). Həzrət Peyğəmbər (s) imam Hüseynə "Allah istəyib ki, sən şəhid olasan və qadınlar əsir olsun” فَإِنَّاللَّهَ قَدْ شَاءَ أَنْيَرَاكَ قَتِيلًا و أَنْ يَرَاهُنَّسَبَاي -bu cümləni dedikdən sonra İmamın Allhla rabitəsi rəftarında da müşahidə olunurdu. Çünki, hər şeyi Allah üçün etdi, malik olduqlarının hamısından Allaha xatir, ixlasla keçdi.

2- Müharibə meydanında namaz

İnsanla Allahın rabitəsi təkcə zahirdə olmazsa, səmimi qəlblə və ilahi mərifətlə olarsa gözəl və aşiqanə rabitə yaranar. Bu arada, namaz dinin sütunudur. Məbudla ola biləcək ən yaxşı rabitədir. Namazın ən gözəl təcəllası müharibədə qılınanıdrı.

Əbu Səmamə Seydavi aşura günü, günorta imam Hüseynə (ə) ərz etdi ki, günorta namazının səninlə qıldıqdan sonra şəhid olmaq istəyirəm. İmam da dua edirdi ki,

Allah səni namaz qılanlardan qərar versin. Namaz qılanlar Allah yanında elə bir rütbəyə qalxarlar ki, həzrət neçə saatdan sonra şəhid olacaq insan barədə məhz namazdan söz açır. Düşmənin gözü qabağında namaz qıldılar. Zəhir və Səid düşmənlə namaz qılanların arasında özlərini sipər etdilər. Namaz qılınıb qurtaranda o iki nəfər o qədər ox yarasından taqətdən düşüb yerə yıxıldı və şəhid oldular.

3- Vəfadarlıq

Orunun bayraq tutanı ordunun sütunu sayılır. Bayrağın yerə düşməsi ordunun zəifləməsinin əlamətidir. Ona görə də bayraq orduda ən vəfalı şəxsə verilməlidir ki, döyüşün sonunadək onu dalğalandıra bilsin. Həzrət Əbəlfəzl (ə) kimi şəxsi-hətta düşmənləri də onun vəfasını təhsin etmişdi. Həzrət, Şimrin əmannaməsini də rədd etdi. Bayağı isə şəhid olanadək saxladı. Həzrət Əbəlfəzin (ə) digər fədakarlıq nümunəsi orda idi ki, su gətirmək çün çayın kənarına getdi və susuzluq onu qeyri-iradi olaraq bir ovuc su götürməyə vadar etdi. Lakin ovucundakı suyu yerə tökdü ki, Hüseyn və ailəsindən qabaq su içməsin. Əshabın hər biri aldıqları qılınc yaralarına rəğmən öz fədakarlıqlarını açıq-aşkar isbat edirdilər. Aşura axşamı əshab belə düşündü ki, ola bilər ki, həzrət Zeynəb (s.ə) Hüseynin tək qalacağına görə narahatdır. Ona görə sarsılmaz əqidə ilə və əzmkarcasına dedilər ki, min dəfə ölüb-dirilsələr də Hüseyndən əl çəkməyəcəklər (onu tək qoymayacaqlar). Bu, aşurada vaqe olan ən gözəl səhnələrdir.

4-Bəlalara səbir etmək

Allah insanları sınağa çəkir. Hansılarının sabitqədəm olacaqlarını ölçür. Bu, Allahın dəyişməz sünnəısidir. Hər kəsin imanı çox olsa sınaqları da çətin olar. Allahın sınaq yollarından biri də bəndəsinin səbirini yoxlamaqdır. İslam məktəbində, səbir imanın başı hesab olunmuşdur. İmam Hüseyn (ə) və əhli beyti, xüsusilə də həzrət Zeynəb Kubra səbir imtahanından alını açıq çıxa bildilər. İmam (ə), Əli Əkbərini fəda etdi, Əli Əsğərini hədiyyə etdi. Qardaşının şəhid olmasıyla beli sındı, mübarək bədəninə daş və qılıncla vurdular, əhli beyti və dostlarından onlarca şəxsi tikə-tikə etdilər. Amma bütün bu müsibətlər müqabilində aşiqcəsinə səbir etdi. Bu da Kərbəla gözəlliklərindən bir səhnə idi.

5- Azadlıq

Azadlıq Allahın nemətlərindəndir. Din İnsanları azad etmək üçün gəlmişdir. Peyğəmbərlərin əsas missiyası da insanları azad etməkdən ibarətdir: "...(O Peyğəmbər) onlara yaxşı işlər görməyi buyurar, pis işləri qadağan edər, təmiz (pak) nemətləri halal, murdar (napak) şeyləri haram edər, onların ağır yükünü yüngülləşdirər və üstlərindəki buxovları açar (şəriətin çətin hökmlərini götürər)…”

وَ يَضَعُ عَنْهُمْ إِصْرَهُمْوَ الْأَغْلالَ الَّتي كانَتْ عَلَيْهِم

İnsan azadlıqdan həzz alır, əsirlik və bütün zindanlardan əzab çəkir. Bu üzdən imam, düşmənini azad olmağa dəvət etdi: "Ey Əbu Süfyan davamçıları! Dininiz yoxdursa, Allahdan qorxmursunuzsa, heç olmasa dünyanızda azad olun” (Biharul-ənvar, 45-ci cild, səh 49) يَاشِيعَةَ آلِ أَبِي سُفْيَانَإِنْ لَمْ يَكُنْ لَكُمْدِينٌ وَ كُنْتُمْ لَاتَخَافُونَ الْمَعَادَ فَكُونُوا أَحْرَاراً فِي دُنْيَاكُم

Yəni mənim dinimi qəbul etmirsinizsə, heç olmazsa özünüzü azad edin. Bütün bağlılıqlarınıdan qurtulun. İmam onlara azadlıq dərsi verməyə gəlmişdi. "Mən ölümü (şəhid olmağı) səadətdən başqa bir şey bilmirəm. Zalımlarla yaşamağı isə bədbəxtlikdən başqa bir şey saymıram”إِنِّيلَا أَرَى الْمَوْتَ إِلَّاسَعَادَةً وَ الْحَيَاةَ مَعَالظَّالِمِينَ إِلَّا بَرَم (Tarixi Təbəri, 5-ci cild, səh 404).

Bağlılıqlar bəzən insanın öz əli (ixtiyarı) ilə yaranır, bəzən başqaların vasitəsilə. Bağlılıq səbəbi nə olur-olsun, əsirlikdir. Zalımlarla yaşamaq onlara bağlı olmaq deməkdir. İmam insanları bu əsirlikdən xilas etmək istəyirdi. Dünya malı pisdir. Lakin ona bağlı olmaq ondan da pisdir. Bunlar hamısı Allahın nemətlərindəndir və həyat üçün lazımdır. Amma kamala çatmaq üçün insan "bağlılıq” zəncirlərindən qurtulmalıdır.

Xaricdən gələn bağlılıqlar hökumətlər tərəfindən yaranır. Buna görə də imam Kufəliləri, insanları öz köləsi hesab edən fasid hakimin zəncirlərindən azad etməyə çalışdı. İmam istəyirdi ki, camaat öz həyatını azad seçib yaşasın və azad düşünsün.

6- Comərdlik (səxavətlilik, alicənablıq, mərdlik və nəciblik)

Düşmənçiliyə baxmayaraq mərdliyə riayət etmək, alicənab olmaq çox gözəldir. İmam Hüseyn (ə) düşməni görən andan comərdlik etdi. Hürr min nəfərlə imamla qarşılaşanda, imam ilk dəfə düşmənlə üz-üzə oldu. Hürrün bütün əsgərləri susamışdı. İmam əmr verdi ki, düşmən əsgərlərinə su versinlər. (Əl-İrşad, 2-ci cild, səh 78). Kərbəla vaqiəsində gözəllik səhnələrindən biri də comərdlikdir. İmam düşmən əsgərlərinə su verdi, lakin düşmən imamla birlikdə Kərbəlaya gələn uşaqlara və qadınlara su verməməklə ən pis namərdliyi nümayiş etdirdi.

7- İmamı himayədarlıq etmək və ona tabe olmaq

İmamın əshabı qərara gəlmişdi ki, nə qədər ki, diridirlər, özləri döyüşə bilirlərsə döyüşsünlər və imamın xanədanını qorusunlar. İmamın ailəsindən bir nəfər belə döyüş meydanına getməsin. Hər kəs istəyirdi ki, başı imamın dizi üstə can versin, imamın təbəssümü onları yola salacaq razılığı olsun. Bəzi əshab hətta buna da razı olmayıb imamdan soruşdular ki, səninlə əhdimə vəfa etdimmi? İmam qulamının yanına gəldi və onun üçün dua etdi. "Allah qiyamətdə üzünü ağ etsin”-dedi. (Biharul-ənvar, 45-ci cild, səh 23) اللَّهُمَّبَيِّضْ وَجْهَه

İmam məhz Allahın razılığını düşünür, hər şeyi Allaha xatir fəda etməyə hazır idi. Qardaşı oğlu ondan dinin və imamın müdafiəsi üçün döyüşə getməyə izn istəyəndə imam Əli Əkbərə icazə verir. Döyüş paltarı (zirehli) onun bədəninə böyük idi. Amma

aslan kimi meydana daxil oldu, şəhidlərin bədənlərinin tikə-tikə olduğunu gördü, amma ölümə tamam başqa gözlə baxırdı, ölümü baldan şirin hesab edirdi. Heç bir qorxu-hürkü olmadan meydana daxil oldu. İmamı və Allahın dinini xalis niyyətlə qorumaq insana güc-qüvvə bəxş edir. İmamı qoruyarkən ən gözəl səhnələrdən biri də həzrət Əbəlfəzin (ə) qollarının kəsilməsidir. Həzrət belə buyurdu: "And olsun Allaha ki, əllərimi kəssəniz də, dini müdafiə edəcəm və öz imamımdan (himayəsindən) əl çəkməyəcəm” (Biharul-ənvar, 45-ci cild, səh 40).

و الله ان قطعتمیمینی، انی احامی ابداعن دینی، و عنامام صادق الیقین

8- İzzət

Zahiri məğlubiyyətə baxmayaraq İmam Hüseyn (ə), onun xanədanı və dostlarının izzəti qiyamın gözəlliyinə gözəllik qatmışdır. İmam uyurur: "Allaha and olsun ki, beyət etmək üçün əlimi zəlilcəsinə sizə uzatmayacağam və kölələrin qaçışı kimi sizdən qaçmayacağam” (Biharul-ənvar, 45-ci cild, səh7).لَا وَ اللَّهِلَا أُعْطِيكُمْ بِيَدِي إِعْطَاءَ الذَّلِيلِوَ لَا أُفرُّ منكُمْفرَارَ الْعَبِيد. "Agah olun ki, zinazadə oğlu zinazadə məni iki şey arasında seçim etməyə məcbur etmişdir. Ölümlə təslim arasında! Təslim olmaq və zillət bizdən uzaqdır. Allah onu bizdən, peyğəmbərindən və möminlərdən uzaq etmişdir. Şərafətli və nəcib ailələrdən”ألا و انالدعيّ ابن الدعي قدركز بين اثنتين بينالسلّة و الذلّة. وهيهات منّا الذلّة. يأبىاللّه ذلك لنا ورسوله و المؤمنون وحجور طابت و طهرتYəzidin hökumətini qəbul etmək zillət idi. Ölüm o hökumətə nisbətdə izzət sayılırdı. İmam Əli (ə.s) buyurub: "Əgər məğlub olsanız (əsl) ölüm sizin həyatınızda, (düşmənə) qalib gəlsəniz (həqiqi) həyatınız ölümünüzdə olacaq (şərəfli və başıuca ölüm, rəzillik və zillət içində yaşamaqdan yaxşıdır). (Nəhcül-bəlağə, 51-ci xütbə). الْمَوْتُ فِي حَيَاتِكُمْ مَقْهُورِينَخَيْرٌ مِنْ الْحَيَاةِ فِيمَوْتِكُمْ قَاهِرِين Ölüm zillətlə yaşamqdır (yaşamaqdadır), həyat izzətlə ölməkdir (ölməkdədir). Aşura axşamı imam Hüseynin (ə) vücuduna görə izzət qazanan məğlubolunmazlığın nümayişi idi. Onların heç biri acizlik təzahürü etmədi. "Ölüm ar olmaqdan yaxşıdır. Ar olmaq cəhənnəm oduna daxil olmaqdandan yaxşıdır” (Əl-Lühuf, səh 144)

الْمَوْتُ خَيْرٌ مِنْ رُكُوبِالْعَار وَ الْعَارُ أَوْلَىمِنْ دُخُولِ النَّار

9- Fədakarlıq

İmam Hüseyn (ə) nəyə sahib idisə hər şeyindən keçdi, Allahın razılığı üçün hətta körpə balasından da keçdi. Gənc oğlu, qardaşının övladları, əhli-beyti və ən yaxşı və vəfalı dostlarından keçdi, hamısını fəda etdi. Bu fədakarlıq necə də gözəldir. Necə də gözəldir ki, əshabı iki yoldan, diri qalmaq üçün getmək və tikə-tikə olmaq üçün qalmaq-birini, vəfadarlığın əlaməti olan "qalmaq”-ı seçdilər. Kərbəlanın gözəlliklərini cilvələndirən amillərdən biri də bu idi ki, əshab döyüşə getmək üçün bir-birini ötüb-keçirdi. ən gözəl fədakarlıq budur ki, ana, qılınclar altında can verən balasını görür və düşmən oğlunun başını onun üçün göndərəndə deyir: Allah yolunda bir qurban vermişəm, geri almaram. Bacının qardaş yolunda və qardaşın baş ucalığı üçün tikə-

tikə olan iki oğlu, bacının fədakarlığıdır, heç vaxt –iki cavan balam öldü- deyə izhar etməməsi gözəllikdir.

10- Qəhrəmancasına hidayət etmək

İmam Hüseyn insanları hidayət etmək istəyirdi. Hətta döyüşdə, həyatının son anlarında, eləcə də əzizlərinin bədəni tikə-tikə olduqdan sonra (Həl min nasirin yənsuruni) هل من ناصر ينصرنىsəsi həzrətdən eşidilirdi. Zahiri nüsrətdən söhbət getmir, bir nəfər yaxud neçə nəfər onun üçün kifayət deyildi. Cəhldə qalmamaq üçün, zillətdən və xarlıqdan çıxmaq üçün, insanların hidayəti üçün, böyük qələbə üçün Kərbəla macərasında həzrət Zeynəb (s.ə) insanların hidayətinin şahidi oldu. Ona görə də مَا رَأَيْتُ إِلَّاجَمِيلا gözəllikdən başqa bir şey görmədim-deyə buyurdu. (əl-Lühuf, səh 19) O dahi qadın gördü ki, bəzi insanlar hidayət oldu, bəziləri isə aşuradan sonra hidayət oldular və zalımlarla mübarizə etdilər. İnsanları zalımların əsarətindən qurtardılar. Bu üzdən, məhərrəmin 11-ci günü imam Səccad (ə) Allahın vəlisinin bədəni yerdə qaldığına görə nalə çəkirdi. Düşmən isə öz əsgərlərinin cənazələrini dəfn edirdi. Həzrət Zeynəb buyurdu: "Bura aşiqlərin və hidayət olmuşların əhd-peyman bağladıqları yer olacaq” (Biharul-ənvar, 45-ci cild, səh 183). Bu acı hadisələrə gözə baxış tərzidir. Hadisələrin nəticəsini və təsirlərini də nəzərə almaq lazımdır.

11- Qələbənin yeni anlamı

Aşura göstərdi ki, qələbə təkcə hərbi qələbədən ibarət deyil. Məzlumiyyət və zahiri məğlubiyyətlə də qələbə çalmaq və fəth etmək mümkündür. Bəziləri qələbəni məhz hərbi qalibiyyətlə xülasələndirirdi. Məzlumluğu və ölümü isə məğlubiyyət hesab edirdilər. Halbuki İslama görə Allah yolunda ilahi hədəflərin həyata keçməsi üçün şəhid olmaq həqiqi qələbə sayılır. İmam Sadiq (ə) buyurur: "İmam Hüseynin şəhadətindən sonra İbrahim ibn Təlhə imam Səccada dey: Ey Əli iBN Hüseyn! (bu müharibədə) kim qalib gəldi? İmam buyurdu: Bilmək istəyirsən ki, bu müharibədə kim (imam Hüsey ya Yəzid) qalib oldu, namaz vaxtı çatanda azan və iqamə oxu (o vaxt biləcəksən ki, kimlər getdi və kimlər qaldı)” (Biharul-ənvar, 45-ci cild, səh 183).

إِبْرَاهِيمُ بْنُ طَلْحَة، وَقَالَ: يَا عَلِيَّ بْنَالْحُسَيْنِ، مَنْ غَلَبَ وَهُوَ مُغَطًّى رَأْسُهُ، وَ هُوَ فِيالْمَحْمِلِ. قَالَ: فَقَالَ لَهُعَلِيُّ بْنُ الْحُسَيْنِ: إِذَاأَرَدْتَ أَنْ تَعْلَمَ مَنْغَلَبَ، وَ دَخَلَ وَقْتُالصَّلَاةِ، فَأَذِّنْ ثُمَّ أَقِم

İmam bu cümləsi ilə demək istəyirdi ki, biz qalib olduq. Qiyamın hədəfi dini ehyası və Peyğəmbərin sünnəsinin qalması idi. O da oldu. Əməvilər Peyğəmbərin (s) adını aradan qaldırmaq istəsələr də indi də babam Peyğəmbərin (s) adı məscid minarələrində səslənir.

12- Gözəl mesaj çatdırma

İmam Hüseynin (ə) sonrakı planları da gözəldir. Həzrət Əhli-beytini, məxsusən həzrət Zeynəbi (ə.s) özü ilə birlikdə Kərbəlaya gətirdi ki, sonra əsirləri o idarə etsin. İşin yarısı imamlıq və onun dostlarından asılı idi. İş naqis qalmamalı idi. İmam Hüseyn həzrət

Zeynəbi gətirməklə öz mesajını sarayların içərisinə, Kufə və Şam camaatına çatdırdı. Bu xanədanın kişisi, qadını və hətta azyaşlılarının hamısı qorxmaz və xətibdir. Hər kəs bacardığı qədər aşuradan danışdı. Yəzid və tərəfdarları güman edirdi ki, imam Hüseyni öldürməklə iş bitmişdir. "Onlar (İsaya inanmayanlar) hiyləyə əl atdılar. Allah da onların hiyləsinə (İsanı göyə qaldırıb münafiqlərdən birini isə İsa surətdində onlara öldürtməklə) əvəz verdi. Allah (bütün) hiyləgərlərdən tədbirlidir (hiyləgərlərə ən yaxşı cəza verəndir)” (Ali-İmran sirəsi, 54-cü ayə).

وَ مَكَرُوا وَ مَكَرَ اللَّهُوَ اللَّهُ خَيْرُ الْماكِرين

Amma imam Hüseynnin (ə) planı çox gözəl idi. Kərbalada qadınlar hətta düşmən əsgərlərinə belə təsir etməyi başardılar. İmam Hüseynin (ə) mübəlliğləri olan əsirlər hara aparıldılarsa düşmənin əleyhinə danışdılar. Düşmən xəbər tutana qədər, artıq iş işdən keçmişdi, onlar öhdələrinə düşəni etmişdilər. İşləri bitdikdən sonra da hörmətlə vətənlərinə qaytarıldılar. Bəli, əgər həzrət Zeynəbin (ə.s) və imam Səccadın (ə) xütbələri olmasaydı imamın ali hədəfləri unudulacaqdı.

Mənbə: Rəhtuşeye Rahiyane nur, 119.

Müəllif: Höccətül-islam vəl-müslimin Ruhullah Şəriəti.

 

Hazırladı və tərcümə etdi: Ə. Pərvanə

 

Uluyol.az


Вернуться назад