Главная > Siyasət > Prezidentin İsveçrəyə səfəri başa çatdı

Prezidentin İsveçrəyə səfəri başa çatdı


16-10-2017, 17:02.

                Prezidentin İsveçrəyə səfəri başa çatdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsveçrə Konfederasiyasına səfəri başa çatıb.

"Report”un xəbərinə görə, bu barədə Azərtac məlumat yayıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədə təşkil edilmiş görüşünə gedib. Oktyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında görüş keçirilib. Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi iştirak ediblər.


Вернуться назад