Главная > Islam > İmam Səccadın (ə) Şamdakı xütbəsi haqqında

İmam Səccadın (ə) Şamdakı xütbəsi haqqında


19-10-2017, 14:46.

                        İmam Səccadın (ə) Şamdakı xütbəsi haqqında

Bismillahir-Rəhmanir-Rəhim. Kərbəla hadisəsi tarixdə baş verən digər hadisələr kimi unudulmayıb və parlaq məşəli hər yerə və həmişə şölə saçmışdır. Bunun səbəbini imam Huseyn (ə) və onun tərəfdarlarını Allahpərəstliyi və zülümə və zalıma qarşı çıxmaqlarında görmək olar. Bundan əlavə Kərbəla hadisəsinin əbədi qalmasının səbəblərinin biri də Əhli-beytin orada yaxından iştirak etməsidir. Onlar (Əhli- beyt) Kərbəla hadisəsinin mesajlarını gələcək nəsillərə çatdırmaqda aradan qaldırmasından çox mühüm rol oynayıblar. Çünkü qan və mesaj hər bir inqlabda olduğu kimi, bir-birlərini tamamlayırlar. İnqlab mesajlarının çatdırılması əhəmiyyəti heç də qandan və şəhadətdən az deyil. Şübhəsiz əgər əsirlərin karvanı olmasaydı düşmən mümkün olan bütün vasitələrdən yararlanıb kərbəlanı (haqqla batilin muharibəsini) tarixi səhifəsindən məhv edəcəkdir. İmam Huseyn (ə) qatilinin cayizliyinə höküm sadir edən və Allahın rəsulunun nəvəsini "xarici” və fitnəkar kimi tanıtdıran düşmən bu hadisədən sonra hadisəni tarixin səhifələrindən birdəfəlik silməyə çalışırdı.

Deməli əgər xütbələr və Əhli-beytin əzadarlıqları Imam Səccadın (ə) Şamdakı xütbəsi olmasaydı Aşura vaqiyəsi tarixin hafisəsində qeyd olmiyacaqdı. Bu yazıda Imam Səccad (ə) Şamdakı xütbəsini araşdıracağıq.

Xütbənin mənbəsi

Imam Səccadın (ə) xütbəsi müxtəlif mənbələrdə, o cümlədən "Əl-Ehticac” kitabında nəql olmuşdur. Amma müəllif xütbəni Xarəzminin "Məqtəlul-Hüseyn” kitabından əxz etmişdir. Əlbətdə digər mənbələrdən də bəhrələnmişik. Bu məqalədə o həzrətin xütbəsinin bəzi hissələrini izah edəcəyik.

Hədəflər

Imam Səccad (ə) bu xutbədə bir-birini tamamlayan üç əsas (ümdə) hədəfdən bəhs edir:

1-Əhli-beytin (ə) tanıtdırılması

Əhli-beyti tanıtdırmaq bu xütbənin ən mühüm hədəflərindən hesab olunur. Çünki, həmin dövürdə bəziləri özlərini "Əhli-beyt” adlandırırdılar məs: Bəni Üməyyə Şamda özünü Allahın rəsulunun (s) Əhli-beyti kimi tanıtdırıdı və Hicazda Peyğəmbərin bəzi arvadları bu fikirə (özlərini Peyğəmbərin (s) Əhli-beyti kimi tanıtdırmaq fikrinə) düşmüşdülər. Xüsusilə də Peyğəmbərin (s) vəfatından sonra siyasət səhnəsində baş verən bəzi hadisələr Peyğəmbər (s) ailəsinin unudulmasına səbəb olmuşur.

2-Düşmənin cinayətlərini demək (ifşa etmək)

Əhli-beyt, düşmən cinayətlərinin tarix səhifələrində qeyd olunması üçün o cinayətləri deməkdə vəzifəli idilər. Şübhəsiz əgər Əhli-beyt Kərbəlanın mesajlarını çatdırmasaydı, Yəzid öz cinayətlərini ört-basdır edərdi (ört-basdır etməyə müvəffəq olardı). Bu üzdən həzrət Zeynəb (ə) və İmam Səccad (ə) bütün fürsətlərdə düşmənin cinayətlərini açıq-aşkar deyirdilər və Allaha həmd olsun ki, bu işdə müvəffəq də oldular. Əhli-beyt heç vaxt qəmli dizlərini qucaqlamadı, əksinə, onlar qüdrətlə və izzətlə öhdəliklərini yerinə yetirdi və imamın "Heyhat minnəz-zillət” şüarını təkrarladılar.

3- İmam Huseynin (ə) qiyamının qorunması

Əhli-beytin ən əsas vəzifələrindən biri də İmam Huseynin (ə) inqilabını qorumaqdır. Şübhəsiz əgər Əhli-beytin təbliği məxsusən İmam Səccadın (ə) və həzrət Zeynəbin (ə) xütbəsi olmasaydı düşmən İmam Hüseynin (ə) qiyamını təhrif ederdi və öz xeyirlərinə faydalanardılar.

Şamın vəziyyəti

İmam Səccadın (ə) xütbəsinin tanınması və onun əhəmiyyəti həmin vaxtda Şamın ictimai və siyasi vəziyyətini bilməkdən aslıdır. Bu üzdən, xütbənin şərhindən qabaq Şam barədə aşağıdakıları bilmək lazımdır.

Öncə Roma imperatorluğunun tabeliyində olan Şam, Hicri qəməri təqvimi ilə 14-cü ildə İslam hökümətinin bir hisəsi oldu. Şamdakı Xalid ibn Vəlid və Müaviyə kimi əmirlərin uzun hakimiyyətinə görə Şam camaatı Peyğənbəri (s) və Əhli-beytini tanımırdı. Bəni Üməyyənin vaxtında camaat mədəniyyətcə o qədər kasıb idilər ki, Müaviyə "cümə namaz”-ını üçüncü gün qılanda heç kəs etiraz etmədi. Digər tərəfdən Müaviyə bu şəhərdə Əhli-beytin əleyhinə təbliğatlar etmişdi. Əlinin (ə) əleyhinə elə bir şəkildə təbliğ etmişdir ki, camaat Əliyə (ə) lənət etmək və ona nalayiq sözlər deməyi sünnə və ictimai dəyər hesab edirdilər. Uşaqlar bu minvalla doğulur, qocalar bu minvalla ölürdülər. Düşmən təbliğatı Şam camaatının düşüncələrinə elə təsir etmişdir ki, (elə nifuz etmişdi ki) Əhli-beyt Şama daxil olanda camaat yeni paltarlar geyindi və şəhəri bəzəklərlə süslədilər. Əhli-beyt Dəməşqə daxil olanda bir yaşlı qoca onlara yaxınlaşıb dedi: "Allaha həmd olsun ki, sizi öldürdü, həlak etdi, camaatı sizin şərrinizdən qurtardı və əmirəlmöminini sizə qalib etdi”. İmam Səccad ona dedi: "Ey qoca quran oxumusanmi?

Bəli.

Həzrət buyurdu: "Bu ayəni oxumusan ki, Peyğəmbərin (s) dilindən deyir: "(Ya Peyğəmbər!) De: "Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində qohumluq məhəbbətindən (əhli-beytə sevgidən) başqa bir şey istəmirəm”. (Şura surəsi, 23-cü ayə).

Kişi dedi: Bəli, oxumuşam.

Həzrət buyurdu: "Ey qoca biz Peyğəmbərin yaxınlarıyıq.

Sonra buyurdu: Bu ayəni oxumusanmi: "Qohum-əqrabaya da, miskinə də, (pulu qurtarıb yolda qalan) müsafirə də haqqını ver” (İsra surəsi, 26-cı ayə).

Cavab verdi: Bəli, oxumuşam.

İmam buyurdu: O "yaxınlar” bizik.

Həzrət buyurdu: bu ayəni oxumusanmı: "Ey əhli-beyt! Allah sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər!” (Əhzab surəsi, 33-cü ayə).

O dedi: Bəli, oxumuşam.

Həzrət buyurdu: Ey qoca "təthir ayəsi” bizim barəmizdə nazil olub, biz Allahın pakladığı xanədanıq. Yaşlı kişi sükut etdi, dediklərinə peşman oldu, başını səmaya tərəf qaldırıb dedi: Ey Allahım! dilə gətirdiyim sözlərə görə dərgahında tövbə edirəm və Əhli-beytə olan nifrətimdən sənə sığınıram, Ey Allahım mən Muhəmməd (s) və Əhli-beytinin düşmənlərindən usanmışam (bezmişəm). (Məqtəli Xarəzmi, 2-ci cild, səh 68-69).

Münasib vaxtı (məqamı) bilmək

İmam Səccad (ə) xütbsinin təşəkkül tapmasında dəyərli təlimlərdən biri də xütbənin münasib vaxtda (məqamda) deyilməsi və fürsətdən istifadə edilməsidir. Belə ki, Şam məscidində Yəzid, hökümət başçıları, Şam camaatı və Əhli-beytin iştirak etdiyi bir məclis quruldu. Yəzid xətibə dedi ki, minbərə çıxıb Əli və Hüseynin (ə) əleyhinə təhqiramiz sözlər desin. Xətib də minbərə çıxıb Peyğəmbər (s) xanədanına nalayiq sözlərlə çıxış etdi. İmam Səccad (ə) düşmənin vasitəsi ilə əmələ gələn fürsəti qənimət bilib ondan ən gözəl şəkildə istifadə edib buyurdu:

وَيْلَكَ أَيُّهَا الْخَاطِبُ اشْتَرَيْتَ مَرْضَاةَ الْمَخْلُوقِ بِسَخَطِ الْخَالِقِ فَتَبَوَّأْ مَقْعَدَكَ مِنَ النَّار

"Vay olsun sənə ey xətib! Məxluqun razılıqını xaliqin qəzəbinə satdın öz yerini cəhənnəmdə qərar verdin” (Biharul-ənvar, 45-ci cild, səh 137). Sonra həzrət üzünü Yəzidə çevirib buyurdu:

يَا يَزِيدُ ائْذَنْ لِيحَتَّى أَصْعَدَ هَذِهِ الْأَعْوَادَ فَأَتَكَلَّمَبِكَلِمَاتٍ لِلَّهِ فِيهِنَّ رِضاًوَ لِهَؤُلَاءِ الْجُلَسَاءِ فِيهِنَّ أَجْرٌ وَ ثَوَاب

"Ey Yəzid mənə icazə ver ki, bu taxtaların (minbərin) üstünə çıxıb elə bir sözlər deyim ki, Allah o sözlərdən razı olsun və bu camaat üçün də savab (əcr) yazılsın” İmam Səccad (ə) dəyərli sözləri ilə camaatı özünə cəlb etdi. Bu üzdən, camaatın israrına görə Yəzid imama icazə verməyə məcbur qaldı.

Xütbənin mehvərləri:

İmam Səccad (ə) bu xütbədə Peyğəmbəri (s), Əlini (ə), Peyğəmbərin səhabə və yaxınlarını tanıtdırdı, sonda imam Hüseynin (ə) müsibətini deməyə başldı.

Qeyd edək ki, yazıdakı tərtibat xütbədəki, mövzuların sırasına əsasəndir.

1-Həzrət Peyğəmbərin (s) tanıtdırılması:

İmam Səccad (ə) öncə Allaha həmd səna etdi, sonra Əhli-beyti və səhabələri qısaca tanıtdırdı. Həzrət buyurdu: Ey camaat! Allah bizə altı xüsusiyyət əta edib və yeddi

xususiyyətlə bizi başqalarından üstün etdi elm, səbir, səxavət, şücaət, fəsahət, və möminlərin qəlbindəki məhəbbəti bizə əta etmişdir. İmam Səccad (ə) buyurdu: Allah bizə altı şeyi əta etdi (digər insanlara da həmin şeylərdən verib. Aydindır ki, imamin qeyd etdiyi sifətlər Əhli-beytdə ən ali səviyyədə idi, onlar elm, səbir, səxavət, şücaət, fəsahət və camaatın sevimlisi olmaq baxımından hər kəsdən öndədirlər. Camaat Əhli-beyti çox istəyirdi, hətta onları azacıq tanıyan şəxslər də onları çox istəyirdi. Buna görə də hakimlər onlara paxıllıq edirdilər. Onlara əziyyət edir və şəhid edirdilər. Bəzən də məcbur qalıb, onların üstün xüsusiyyətlərinə etiraf edirdilər.

Camaat israr etdi ki, imam Səccada icazə ver, xütbə oxusun. İmam Səccadın (ə) xütbə oxuması nə kimi problemlər yarada bilər ki?!

Yəzid cavab verdi: Siz bu ailə barəsində nə düşünürsünüz? Onlar elm və fəsahəti irs aparıblar, ondan qorxuram ki, onun xütbəsi fitnəyə səbəb olar.

Əhli-beyti digər insanlardan üstün eden yeddi xüsusiyyət bunlardır: "Allah islam Peyğəmbərini, Əlini, Cəfər Təyyarı, Allahın və rəsulunun şiri (Həmzə) və Həsən Hüseyni və dəccalı öldürəcək Məhdini (ə) bizdən qərar verdi. Imam Səccad (ə) bu cümlələrlə Bəni-üməyyəyə və camata bildirdi ki, bütün yaxşılıqlar Peyğəmbərə və onun səhabələrinə aiddir. Məs: İslam yolunda şəhid olmuş Cəfər Təyyar Əhli-beytdəndir, halbuki, Bəni-üməyyə son nəfəsinə qədər islamla mübarizə apardı, Əbu Süfyan islam və hökumət barəsində dedi: Hökümət mülkdən ibarətdir "behişt və cəhənnəm yalandır, qoymayın bu top (hökümət) sizin aranızdan çıxsın, bir-birinizə ötürün, bir-birinizə miras qoyun. (Həmaseyi Hüseyni, 3-cü cild, səh45-46).

İmam davam etdi: Məni tanıyan tanıyır, tanımıyana özümü təqdim edirəm: Ey camaat! Mən Məkkə və Minanın oğluyam, mən Zəm-zəm və Səfanın oğluyam, mən elə Peyğəmbərin oğluyam ki, "həcərul-əsvəd”-i öz köynəyi ilə götürdü və yerinə yerləşdirdi, mən ən yaxşı "təvaf” edənlərin və "səy” edənlərin oğluyam, mən ən yaxşı həcc yerinə yetirən və "ləbbeyk” deyənlərin oğluyam, mən ata (buraqa) minənin oğluyam, mən bir gecədə "məscidul-həram” və "məscidul-əqsa”-ya səfər edənin oğluyam, mən elə bir şəxsin oğluyam ki, Cəbrayil (ə) onu "sidratul-muntəha”-Allaha ən yaxın məqama-apardı. Mən asimanda mələklərlə birlikdə namaz qılanın oğluyam, mən elə Peyğəmbərin oğluyam ki, Allah ona vəhy göndərdi mən Muhəmməd Mustafanın (s) oğluyam.

أيّها الناس، أنا ابنمكّة و منى، أنازمزم و الصفا، أناابن من حمل الركنبأطراف الرداء...

İmam Səccad (ə) babası Peyğəmbəri fəzilətlərinə və islam üçün etdiyi xidmətlərinə işarə etdi, sonra Peyğəmbərin Peyğəmbərlikdən qabaq gördüyü mühüm işlərdən birini, "həcərul-əsvəd”-i yerinə qoymasından söz açdı. Peyğəmbərin gənclik dövrlərində Məkkəyə sel gəldi, Kəbə evi xarab oldu, Qureyş Kəbəni təmir etmək qərarına gəldi. Kəbənin təmiri üçün ehtiyac duyulan daşları gətirdilər. Hər qəbilə daşların bir hissəsini gətirdi. Həcərul-əsvədi yerinə qoymaq istəyəndə qəbilələr arasında qalmaqal yarandı, az qala müharibəyə çevirləcəkdi. Bu hadisə aralarında birinin təklifi ilə sakitləşdi, "məscidul-həram”-a ilk daxil olan şəxs bizim aramızda

mühakimə etsin, biz də onun fikirinə tabe olacağıq. Bir müddətdən sonra Peyğəmbər məscidul-hərama daxil oldu. Qureyş onu "Əmin” adlandırırdı. Nəhayət hər kəs Peyğəmbərin göstərişinə razılıq verdi və sevindi. Peyğəmbər həcərul-əsvədi öz əbasına qoydu, bütün tayfaların nümayəndələri əbanın kənarından yapışdılar, kəbənin divarına çatanda həzrət özü həcərul əsvədi yerinə qoydu və beləliklə Qureyş qəbilələrinin arasındaki qalmaqal yatdı. Əli ibn Huseyn (ə) sonra mühüm mövzuya, Peyğəmbərin meraca getməsi və ali məqamlarına işarə etdi. Peyğəmbər Məkkədə olan vaxtlarında bir gecə məscidul hərəmdən məscidul-əqsaya getdi və oradan asimanlara qalxdı və həmin gecədə Məkkəyə qayıtdı və Quranın iki surəsinə əsasən yəni "İsra” və "Nəcm” surəsində həzrət bu asimani meracda bu məqamə çatdı: "(Onların arasındakı məsafə) iki yay uzunluğunda, bəlkə, ondan da yaxın oldu” (Nəcm surəsi, 9cu ayə).

Həzrət Peyğəmbər buyurdu: "Asimana getdiyim gecə behiştin qapısına yazılmışdı: La ilahə illallah, Muhəmməd Allahın elçisi, Əli Allahın sevimlisi, Fatimə, Həsən və Hüseyn Allahın seçdikləridir” (Tarixi Bağdad, 1-ci cild, səh 259).

2- Həzrət Əlinin (ə) tanıtdırılması

أَنَا ابْنُ عَلِيٍ الْمُرْتَضَى...أَنَا ابْنُ مَنْ ضَرَبَبَيْنَ يَدَيْ رَسُولِ اللَّهِبِسَيْفَيْنِ وَ طَعَنَ بِرُمْحَيْنِوَ هَاجَرَ الْهِجْرَتَيْنِ وَبَايَعَ الْبَيْعَتَيْنِ... وَ قَاتِلِ الْمَارِقِينَوَ النَّاكِثِينَ وَ الْقَاسِطِينَ... وَأَوَّلِ مَنْ أَجَابَ وَاسْتَجَابَ لِلَّهِ وَ لِرَسُولِهِمِنَ الْمُؤْمِنِينَ وَ أَوَّلِ السَّابِقِين

"Mən Əli (ə) Mürtəzanın oğluyam, mən o şəxsin oğluyam ki, Peyğəmbərin yanında iki qilincla və iki nizə ilə döyüşürdü və iki dəfə hicrət etdi, iki dəfə beyyət etdi və "Mariqin" və" Nakisin" və "Qasitinlə" döyüşdü. Mən Peyeğəmbərə ilk iman gətirən və Allahın dəvətini ilk qəbul edən şəxsin oğluyam, mən imanda öndə olanın oğluyam...." İmam Seccad (ə) Peyğəmbərin fəzilətlərini və babası Əlinin fəzilətlərini və Peyğənbərə misilsiz xidmətlərini qeyd etdi. Çünki, həmin vaxtda mühit elə korlanmışdı ki, Əlinin fəzilətlərini demək lazim idi.

Muaviyyə, Bəni Üməyyə Bəni Mərvanın hakimiyyət dövründə hakimlər çalışırdı ki, camaat Əli ve onun ailəsinə qarşı kinli olsunlar, Əllamə Əmini yazır: "Əliyə lənət etmək və ona nalayiq sözlər demək o dövrün rəsmi idi, əməmivilərin dövründə beş yüz min minbər düzəltdilər ki, Əliyə (ə) lənət oxusunlar və onu möhkəm əqidə və vacib sünnə hesab edirdilər və zövqlə yerinə yetirirdilər"

O cümlədən Müaviyə bu işə çox israr edirdi, nəql olunur ki, Bəni Üməyyədən bir dəstə insan Müaviyəyə dedi: "ey əmirəlmöminin! Sən öz arzuna çatdın, yaxşi olar ki, bu kişiyə lənət etməkdən əl çəkəsən. Müaviyə dedi: Xeyr, Allaha and olsun ki, uşaqlar bu məsələdə böyüyənə və böyüklər qocalana qədər əl çəkmiyəcəm, heç bir şexs onu fəzilətlərindən danışmamalıdır".

Bəni Üməyyə yaxşı bilirdi ki, camaat əlinin fəzilətləri və məqamından agah olsalar heç vaxt onların (Bəni-üməyyənin) hökümətinə razi olmiyacaq. Buna görə də həzrəti pis cilvələndirməyə çalışırdılar. Ömər ibn Əbduləziz hicri tarixinin 99-101-ə İslam dünyasının hökumətini öhdəsinə götürmüşdü və bu pis sünnəni (Əliyə lənət oxumağı) aradan qaldırdı, o bunun səbəblərini belə açıqlayır: Atam Mədinin əmiri olanda, cümə günü xütbə oxuyurdu, mən də iştirak edirdim və görürdüm ki, atam fəsih xütbə oxuyurdu, lakin, növbə Əlini (ə.s) lənətləməyə çatanda, dili tutulurdu və mən buna çox təəccüb edirdim. Bir gün ona dedim: Ata can! Sən camaatin ən yaxşi xətibisən, camaat yığılanda en yaxşı xütbə oxuyursan və bu kişini lənətləməyə çatanda dilin tutulur? Dedi: Oğlum! Menim söhbətimə qulaq asmaq üçün yığılan bu Şam camaatı mənim qədər bu kişinin fəzilətlərini bilsəydilər onların heç biri bizə tabe olmazdı. Bu sözə, uşaq vaxtı müəllimimin mənə öyrətdiyi sözə görə Allahla əhd-peyman bağladım ki, hökumət mənə çatsa bu bidəti dəyişəcəm. Allah mənə minnət qoydu, xilafətə çatdım, bu işi aradan qaldırdım və lənətin yerinə bu ayəni qərar verdim: إِنَّ اللَّهَيَأْمُرُ بِالْعَدْلِ وَ الْإِحْسان "Həqiqətən, Allah (Quranda insanlara) ədalətli olmağı, yaxşılıq etməyi, buyurar…” (Nəhl surəsi, 90-cı ayə). Sonra bu hökmü bütün şəhərlərə yazdim.

İmam Seccad (ə) həzrət Əlinin fəzilətlərini zikr edir, onlardan bəzisini izzah edirik 1.Həzrət Əli (ə) iki beyyət etdi. (بَايَعَالْبَيْعَتَيْنِ) İmam Həsən (ə) Müaviyə ilə söhbətində buyurdu: O (Əli) iki dəfə beyət etmişdir, halbuki, sən birincisində kafir idin, (yani hicrətin altıncı ilində "Hudeybiyyə" sülhündə rizvan beyyəti, Müaviyə o vaxt kafir idi). İkinci beyət Məkkənin fəthindən sonra idi. Müaviyə orada iştirak etdi ama öz beyətini sındırdı.

2. İmam Əli (ə) iki dəfə hicrət etdi. (هَاجَرَالْهِجْرَتَيْنِ) Birincisi Məkkədən Mədinəyə etdiyi hicrətdir. İkinci hicrət barəsində dəqiq məlumat yoxdur, bəzi alimlər belə deyib: birinci hicrət Məkkədən Peyğəmbərin Bəni haşimlə birlikdə üç il müddətində qaldığı mühasirəyə-hicrətdir. İkinci hicrət Məkkədən Mədinəyə olan mühacirətdir. 3. İki qılıncla mübarizə: Əllamə Məclisi həzrət Əlinin (ə) iki qılıncla döyüşməsi barədə yazır: Bu barədə neçə ehtimal vardır: Birinci ehtimal budur ki, həzrət bəzi döyüşlərdə iki qılıncla döyüşüb. İkinci ehtimal budur ki, birinci qılıncla döyüşdükdən sonra ikincisini götürüb döyüşürdü. Ühüd döyüşündə həzrətin qılıncı sındıqdan sonra Peyğəmbər (s) ona zülfüqarı verdi. İmam Əli (ə) bu mövzuya işarə edib buyurur: Mən iki beyət edən şəxsəm mən "Bədr” və "Huneyn"-in sahibiyəm mən iki qlıncla döyüşmüşəm.

4. "Nakisin", "Mariqin" və "Qasitin" ilə cihad: İmam Əli (ə) hökumət etdiyi dövrdə üç dəstə ilə müharibə etdi. O həzrət dəfələrlə Peyğəmbərdən (s) eşitmişdi ki, öz hökuməti dövründə üç dəstə "Nakisin", "Mariqin" və "Qasitin" ilə müharibə edəcək. Ümumiyyətlə əhli-sünnət kitablarında bu barədə 10-dan çox hədis nəql olmuşdur ki, Əli (ə) buyurub: "Mən üç müharibəyə məmur olmuşam”

امرت بقتال ثلاثة الناکثینو القاسطید والمارقین

Nakisin Təlhə, Zübeyr və Aişənin rəhbərliyi ilə həzrətin əleyhinə ilk döyüşü, "Cəməl” döyüşünü başlatdılar. Qasitin Şam əhlidir. Müaviyə və Əmr Asın rəhbərliyi ilə həzrətin əleyhinə ikinci müharibəyə qalxdılar. Mariqin Zahid və Nəhrivanlılardır ki, imamın əleyhinə "Xəvaric” döyüşünü təşkil etdilər.

Ümmu Sələmə Peyğəmbərdən (s) soruşur: "Nakisin” kimlərdi? Həzrət buyurdu: Nakisin Mədinədə beyət edib Bəsrədə beyətini sindiran şəxslərdi. Sonra soruşdu Qasitin kimlərdi? Həzrət buyurdu: Qasitin Müaviyə və onun Şamdaki tərəfdarları. Mariqin kimlerdi? Həzrət buyurdu: nəhrivanlilar.

İmam Əlinin fəzilətlərindən biri də hər kəsdən qabaq müsəlman olmasıdı. Bəzi istinadlara görə həzrət kişilər arasında ilk müsəlman olan şəxs idi

İmam Səccad (ə) bu gözəl bəyanı ilə Bəni Üməyyənin illərlə Əlinin (ə) ziddinə etdikləri təbligatı təsirsiz elədi. Şamın bəzi məntəqələrində camaatın cümə namazından sonra Əlini lənətləməsi ləğv olundu. Camaat xüsusilə də gənclər, Əlini tanımırdı. İmam Səccad (ə) öz sözləri ilə Əlini tanıtdırdı ki, camaat imamın tanıtdırdıgı Əli ilə Bəni-Üməyyənin tanıtdırdıgı Əli arasındakı fərqə varsınlar.

3. Həzrət Həmzənin tanıtdırılması.

و منا اسد اللهو اسد رسوله...

Allahın aslanı ve peyğəmbərin şiri bizdndir. Həmzə peyğəmbərin əmisi iki il peyğəmbərdən böyük idi, Peyğəmbər onun barəsində buyurub: "Qiyamət günü Əbdul-Mutəllib oğlu Həmzə və zalımın qarşisinda dayanıb onu sorğulayan şəxs seyyidüş-şühəda ilə birlikdədirlər. Həmçinin həzrət Peyğəmbər Həmzənin cənazəsinin yanına gəlib ona xitab etdi ey Peyğəmbərin əmisi, ey Allahın aslanı! Peyğəmbərin şiri!

Həmzə İslamin ilk bayraq tutanı idi, Peyğəmbər Həmzəyə ağ bayraq verib onu 30 nəfərlə birlikdə Qureyş karvanina tərəf göndərdi. Həmz Peyğəmbərə kömək etdi və dinin müdafiəsində bütün gücü ilə çalışdı. "Bədr” döyüşündə İslamın düşmənlərindən olan Qureyş böyüklərindən bəzisini həlak etdi və "Ühüd” döyüşündə şəhid oldu.

4. Cəfər Təyyarın tanıtdırılması:

Cəfər Təyyar bizdəndir. (ومنا الطیار...) Cəfər İslamın görkəmli şəxsiyyətlərindəndir. O, iman, əməl, ixlas, cihad və şəhadət örnəyidir və müsəlman olan ilk şəxslərdəndir. Besətin 4 və ya 5-ci ilində müsəlmanlar çətin vəziyyətdə idilər, Peyğəmbər (s) Cəfərin başçılığı ilə bir qurupu "Həbəşə”-yə göndərdi Cəfər Həbəşədə islamı tanıtdırdı və müsəlmanları qorumaqda mühüm rol oynadı. O, hicri təqvimi ilə 7-ci ildə Mədinəyə gəldi. Peyğəmbər (s) onun gəlişinə çox sevindi, o hicrətin 8-ci ili Romalılarla döyüşdə "Mute” kəndində şəhid oldu.

Bu döyüşdə Cəfər hər iki qolunu itirdi, lakin İslam bayrağının yerə düşməsini qoymadı. Peyğəmbər (s) bu barədə buyurur: Allah-Təala Cəfərə iki qolunun

əvəzinədə yaqutdan iki qanad vermişdir, o behiştdə mələklərlə istədiyi yere uçur bu səbəbdən ona "Cəfər Təyyar" deyirlər.

5. Həzrət Zəhranın (ə.s) tanıtdırılması

أَنَا ابْنُ فَاطِمَةَ الزَّهْرَاءِأَنَا ابْنُ سَيِّدَةِ النِّسَاء...

"Mən seyyidətun-nisa, Fatimə Zəhranın oğluyam, mən Tahirə Bətulun oğluyam…, Həzrət Zəhranın bənzərsiz əzəməti və məqamı barədə neçə mətləbə işarə edirik:

Peyğəmbər (s) onun barəsində buyurur:

فَاطِمَةُ سَيِّدَةُ نِسَاءِ أَهْلِ الْجَنَّةِمِنَ الْأَوَّلِينَ وَ الْآخِرِين

"Fatimə bütün dünya xanımlarının xanımıdır. Peyğəmbər altı ay müddətində sübh namazını məsciddə qılmaq üçün Fatimənin evinin yanından keçəndə buyururdu: "Namaz vaxtıdır ey Muhəmmədin Əhli-beyti" sonra əhzab surəsin 33 -cü ayəsini tilavət edirdi. إِنَّمايُريدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُالرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهيراً

Ayşədən soruşdular ki, Peyğəmbərin yanında ən sevimli şəxs kimdir? Cavab verdi: "Fatimə". Peyğəmbər buyurub: Həqiqətən Allah Fatimənin qəzəbinə görə qəzəblənər və onun razılığına görə razı olar. Nəql olunur ki, Peyğəmbərin vəfatından sonra heç kəs o həzrəti gülər üzlü görmədi.

Birinci hədisdən başqa qalan rəvayətlər, əhli-sünnə mənbələrindəndir. Peyğəmbər (s) Əli (ə), Fatimə (ə.s) Həsən (ə) və Hüseynə (ə) buyurdu: "Sizinlə müharibə edən şəxslərlə müharidəyəm və sizinlə sülh edenlərlə sülh edirəm.

6. İmam Həsənin tanıtdırılması:

İmam Həsən və imam Hüseyn bizdəndir. (ومنا سبطا هذه الامة...) Həsən ibn Əli (ə) hicri təqviminin üçüncü ilində dünyaya gəldi, 8 il babası Allahın Peyğəmbəri və 30 il atası Əli (ə) ilə idi və hicri tarixinin 40-cı ilində imam oldu. O həzrət 48 yaşında xəlifəliyə başladı və 10 il müddətində xəlifəlik etdi. O fiziki cəhətdən Allahın peyğəmbərinə daha çox bənzəyirdi. Allahın Peyğəmbəri onun və qardaşı imam Hüseynin barəsində buyurur: "Ey Allah! mən bu iki nəfəri sevirəm, sən də onları sev və onları sevən hər kəsi səndə sev”. İmam Həsən (ə) neçə dəfə bütün əmlakını Allah yolunda infaq etmişdir. Sonda arvadı Əşəsin qızı Cödə tərəfindən zəhərlənərək şəhid olmuşdur. O həzrət şəhid olduqdan sonra Bəni Haşim arvadları onun üçün bir ay əza saxladı və nohə oxudular.

7. İmam Hüseynin (ə) tanıtdırılması:

Hər kəs qəbul edir ki, imam Həsən və imam Hüseyn, həzrət Peyğəmbərin iki nəvəsidir. Bu mövzuda heç bir şəkk-şübhə yoxdur. İmam Səccad da öz xütbəsində onu qeyd edir.

Həzrət Peyğəmbər (s) Əlinin övladı barədə buyurur: "Hüseyn məndəndir, mən də Hüseyndənəm. Hüseyni sevənləri Allah da sevir”.

Həzrət Peyğəmbər (s) o iki imam barədə buyurub: Hər kəs bu iki nəfərə məhəbbət bəsləsə, mən də ona məhəbbət bəsləyərəm. Mən sevdiyim şəxsləri Allah da sevər. Allah sevdiklərini behiştə aparar. Hər kəs onlarla düşmənlik etsə, mən onunla düşmənlik edərəm. Mənim ədavət bəslədiyim şəxslərə Allah da ədavət bəsləyər və həmişəlik onu cəhənnəm odunda qərar verər.

Şəddad ibn Əbdullah deyir: İmam Hüseynin mübarək başını Şama gətirdikdə şamlı bir nəfər imama və atasına lənət oxudu. Elə bu vaxt Vasilə ibn Əsqə ayağa qalxdı və dedi: Allaha and olsun ki, həmişə Əlini, Həsəni, Hüseyni və Fatiməni sevmişəm. Çünki, həzrət Peyğəmbər (s) bir gün Ümmi Sələmənin evində idi, Həsən evə gəldi. həzrət Peyğəmbər (s) onu sağ dizinin üstündə oturtdu və öpdü. Sonra Hüseyn gəldi. Həzrət Peyğəmbər (s) onu sol dizinin üstündə oturdub öpdü. Sonra Fatimə gəldi. Həzrət Peyğəmbər (s) onu qarşısında qərar verdi. Sonra həzrət Əlini çağırdı və bu ayəni tilavət etdi: إِنَّمايُريدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُالرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهيراً

İmam Hüseynin müsubəti:

Sonra İmam Səccad (ə) imam Hüseynin (ə) tanıtdırmağa başladı. Bəni üməyyənin cinayətlərini açıqladı. Onlar imamı (xarici və fitnəçi) adlandırıdı. İmam buyurdu: Mən Kərbəla şəhihi, HHseynin oğluyam, Mən qanına qəltan olmuş şəxsin oğluyam (mələklər) onun təziyəsində ağladı, quşlar onun matəmində şivən etdilər. İmam Səccad (ə) imam Hüseynin şəhid olma vaqiəsini və Əhli-beytinin əsirliyini elə bir tərzdə dedi ki, camaatın nalə səsi ucaldı, imamın sözlərindən təsirlənmişdilər. Bu arada Yəzid və tərəfdarları baş verenləri heyrətlə izləyirdilər, camaat uca səslə ağlayırdı. Həqiqət günəşi bir neçə anlıq doğulmuşdur. Camaat Bəni üməyyənin sitəmlərini anlamağa başlamışdı. Qəfildən Yəzid əmr verdi ki, Müəzzin imamın sözlərini kəsib azan desin.

Dr. Ayəti yazır: Dördüncü imam minbərə qalxdı. Elə yanıqlı danışdı ki, camaatdan şivən qopdu gözlərinin yaşı axırdı. İmam Hüseynin oğlu öz xütbəsində (söhbətində) İslam aləmində Əhli-beytin məqamını söylədi (izah etdi), Əhli-beytin fəzilətlərinin üstündəki pərdəni götürdü.

İmam Səccadın (ə) xütbəsinin təsiri:

İmam Səccad (ə) və həzrət Zeynəbin (ə) xütbəsindən sonra camaat Əhli-beyti tanımağa başladı. Çox keçmədi ki, Yəzidə xəbər çatdı ki, camaat ona lənət oxuyur (onu lənətləyir və söyürlər) ona ədavət bəsləyirlər. Yəzid bu xəbərlərdən agah olan kimi dedi: Kaş ki, Hüseyn barədə səbirli olsaydım, sözlərinə diqqət etsəydim və peyğəmbərə xatir, Hüseynlə qohumluq haqqına riyaət etsəydim, hökümətimin süstləşməsi və zəifləməsinə baxmayaraq, kaş ki onu evə gətirsəydim! Allah ibn Mərcanəyə lənət eləsin! O Hüseynə qarşı təzyiq göstərdi, sözlərini dinləmədi, onu şəhid etdi. Bu əməli ilə mənlə düşmənçilik toxumunu camaatın qəlbinə səpdi. Belə ki, məndə olan yaxşı və pisə nifrət etdilər. Hüseyni öldürməyi böyük cinayət hesab

etdilər. Mənim ibn Mərcanə ilə nə işim?! Allah ona lənət etsin Allah ona qəzəb etsin! Mənbə: Rəhtuşeyi Rahiyane nur, 119-cu sayı, 151-ci səh

Müəllif: Höccətul-islam vəl-müslimin Əbdür-Rəhman Ənsari

Hazırladı və tərcümə etdi: Ə. Pərvanə

 

"ULUYOL"

 


Вернуться назад