Главная > Siyasət > Kaxa Kaladze Tbilisinin meri seçildi

Kaxa Kaladze Tbilisinin meri seçildi


22-10-2017, 14:22.

                                    Kaxa Kaladze Tbilisinin meri seçildi

 

Gürcüstan futbol yığmasının sabiq kapitanı, keçmiş energetika naziri Kaxa Kaladze Tbilisi meri vəzifəsinə seçkilərdə qalib gəlib.

Virtualaz.org Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) saytına istinadən bildirir ki, Tbilisidə 737 seçki məntəqəsi üzrə səslərin hesablanmasından sonra K. Kaladze 51,06 faiz səs toplayıb. Hakim "Gürcü Arzusu” Partiyasının namizədinə 203 mindən çox Tbilisi sakini səs verib. İkinci yerdə 17,46 faizlə müstəqil namizəd Aleko Elisaşvili, üçüncü yerdə 16,53 faiz səslə Vahid Milli Hərəkat Partiyasının namizədi Zaal Udumaşvili qərarlaşıb.

Gürcüstanda şəhər merləri və bələdiyyələrdə seçkilərdə qələbə üçün namizədlərə 50 faizdən çox səs yığmaq tələb olunur.

Qeyd edək ki, K. Kaladze keçmiş futbolçudur, Tbilisi və Kiyevin "Dinamo”, İtaliyanın "Milan” və "Cenoa” komandalarında müdafiəçi mövqeyində oynayıb. K. Kaladze ölkənin ən yaxşı futbolçularından biri sayılır, iki dəfə Çempionlar Liqasının qalibi olub. Siyasi karyerasına o vaxt müxalifətdə olan "Gürcü Arzusu” Partiyasında başlayan K. Kaladze 2012-ci ildə enerji naziri təyin olunmuşdu.

 


Вернуться назад