Qəzet və saytların
Facebook "dükan”I bağlanır
Mark Zukerberqin yeni
qaydaları medianın işinə yaramayacaq
Slovakiyanın "Dennik N” nəşrinin əməkdaşı Filipp
Struxarik öz bloqunda Facebook xəbər lentinin formalaşdırılmasının yeni üsuluna
diqqət çəkib. Sosial şəbəkənin eksperimentləri ucbatından 60-a yaxın yerli
KİV-in Facebookdakı səhifələrinin aktivliyi 4 dəfə aşağı düşüb. Facebookun təcrübələri
tövsiyyələrlə zəngin yeni səhifənin yaranması ilə meydana gəlib. (Explore).
Sosial şəbəkənin yaradıcıları ora istifadəçilərin abunə olduğu ictimai səhifələrin
siyahısını daxil ediblər. Nəticədə isə sosial şəbəkənin ana səhifəsində ancaq
reklamlar və dostların paylaşımları qalıb.
Odur ki, KİV-lərin paylaşımlarını, eləcə də digər ictimai səhifələri görmək
üçün istifadəçilər Explore-də olan əlavə lentə qoşulmalıdır. Mediadan olan
paylaşımlar əsas lentə ancaq reklam vasitəsilə düşə bilər.
"İstifadəçilərin bir qismi dəyişiklikləri bir neçə həftə əvvəldən fərq ediblər,
amma təcrübələrin böyük qismi 19 avqustda qüvvəyə minən Explore xəttinin aktivləşməsindən
sonra həyata keçirilməyə başlayıb. Bir neçə Facebook səhifəsinin administratorları
deyiblər ki, bu yeni eksperimentin aktivləşməsi ilə onların əhatə dairələrinin
üçdə ikisi azalıb.
Facebook nümayəndəsi F.Struxarikə cavabında isə
deyib ki, sosial şəbəkə altı ölkədə yeni iş alqoritmini sınaqdan keçirir.
Bunlar Slovakiya, Şri-Lanka, Serbiya, Boliviya, Qvatemal və Kambocadır.
Eksperiment hələlik zəngin oxucu kütləsi olan nəhəng KİV-lərə sirayət etməyib.
Amma o qədər də böyük olmayan saytlar ziyarətçilərinin sayında ciddi azalma
müşahidə ediblər.
Facebook 19 oktyabr 2017-ci ildə sosial şəbəkənin masa üstü versiyasında
Explore variantının lansmanını elan etdi. Həmin vaxta qədər əlavə lent mobil
versiyalar üzərindən test edilirdi. Təsvirə əsasən, ona hadisələr, qruplar, səhifələr
və Facebook-un başqa kontingenti daxildir. Buna bənzər versiya 2017-ci ilin
sentyabr ayından etibarən «VKontakte» sosial şəbəkəsində tətbiq olunur.
Bu xəbər ölkəmizdəki media orqanları üçün də xoş xəbər olmadı. Çünki bu günə qədər
saytlar əsasən öz xəbərlərini sosial şəbəkə vasitəsilə paylaşır, İP yığmağa
çalışırdılar. Hətta Avropanın inkişaf etmiş saytları, xəbər agentliklərinin, qəzetlərinin
onlayn versiyası sosial şəbəkə üzərindən paylaşımlarla oxucu toplayır.
Avropada, Amerikada Facebook gerçək bir dükandır. Milyardlarla insan FB üzərindən
media orqanlarının səhifəsinə daxil olur. Hələlik 6 ölkə pilot olaraq seçilib.
Amma bunun daha geniş dairəni əhatə edəcəyi də istisna deyil.
Sevinc TELMANQIZI, musavat.com
Вернуться назад
|