Главная > Baş Xəbər > "Qarabağ" "Çelsi" azarkeşləri üçün ayırdığı biletlərin sayını açıqladı

"Qarabağ" "Çelsi" azarkeşləri üçün ayırdığı biletlərin sayını açıqladı


28-10-2017, 12:28.

                        "Qarabağ" "Çelsi" azarkeşləri üçün ayırdığı biletlərin sayını açıqladı

 

Futbol üzrə Çempionlar Liqasının qrup mərhələsinin V turu çərçivəsində "Qarabağ" komandası ilə üz-üzə gələcək İngiltərənin "Çelsi" klubunun azarkeşlərinə 3664 bilet ayrılıb.

 

Bu barədə Report London təmsilçisinin rəsmi saytına istinadən məlumat yayıb. Qeyd edilir ki, biletlər 2 - 10 noyabrda satışda olacaq. Qiymət isə 4,5 funt sterlinq (10 manat) müəyyənləşdirilib.

Qeyd edək ki, noyabrın 22-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Çelsi" matçı Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. 

 


Вернуться назад