Главная > Region > Neftçalada pambıq toplanışı səfərbərliyi

Neftçalada pambıq toplanışı səfərbərliyi


28-10-2017, 15:11.

                                  Neftçalada pambıq toplanışı səfərbərliyi

 

Goranboyda pambıq toplanışına cəlb edilən qeyri-sahə zəhmətkeşlərinin avtobus qəzasında yaralanması xəbəri bu məsələyə diqqəti artırıb.

Neftçala rayonunda yaşayan oxucumuz xəbər verir ki, bu rayonda da icra hakimiyyəi başçısının göstərişi ilə rayonun bütün təhsil, tibb və səhiyyə işçilərini məcburi olaraq pambıq yığmaq üçün tarlalara göndərilir.

Xəbərdə bildirilir: "Artıq bir neçə aydır ki, hava şəraitindən asılı olmayaraq insanlar istirahət günü olmadan məcburi şəkildə işlədilir. Buna etiraz edənləri işdən qovmaqla hədələyir və hər kəsə maddi ehtiyacı səbəbindən tarlada işlədiklərini söyləmələrini tapşırırlar. İş şəraitindən danışmağa dəyməz. Parlada pambıq toplayanlar gecə saatlarında evə çatırlar və səhər tezdən saat 6-da evdən çıxırlar. Dəfələrlə insanlar təhlükəli vəziyyətə düşüblər. Avtobuslar köhnə olduğundan xarab olub, camaat yolda qalıb. Sakinlər rayonun uzaq çöllərində saatlarla köməksiz qalıblar".//musavat.com

 


Вернуться назад