Главная > Siyasət > Ərdoğanla Putin arasında telefon danışığı olub

Ərdoğanla Putin arasında telefon danışığı olub


29-10-2017, 10:31.

                         Ərdoğanla Putin arasında telefon danışığı olub

 

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı keçirib.

Trend-in türk mediasına istinadən verdiyi məlumata əsasən, danışıq zamanı ikitərəfli əlaqələr və Suriyada olan vəziyyət müzakirə olunub.

İdlibdəki vəziyyəti dəyərləndirərkən, ölkə başçıları atılan addımların əlaqələndirilmiş olmasının vacibliyini vurğulayıblar.

Vladimir Putin həmçinin Türkiyə başçısını Cumhuriyyət bayramı münasibəti ilə təbrik edib.

 


Вернуться назад