Главная > Dünya > Peşmərgənin əlindəki sərhəd-keçid məntəqəsi İraq ordusuna təhvil verildi

Peşmərgənin əlindəki sərhəd-keçid məntəqəsi İraq ordusuna təhvil verildi


31-10-2017, 16:30.

Peşmərgənin əlindəki sərhəd-keçid məntəqəsi İraq ordusuna təhvil verildi

 

Peşmərgənin əlində olan Habur sərhəd-keçid məntəqəsində yerləşən Halil İbrahim sərhəd girişi İraq mərkəzi hakimiyyətinə təhvil verilib.

Avropa.info xəbər verir ki, təhvil-təslim prosesindi İraq Baş Qərargah rəisi iştirak edib.

İraq ordusu sərhəd girişini təhvil almağa hazırlaşır.

Qeyd edək ki, bir neçə saat əvvəl Şırnak vilayətinin Silopi rayonunda təlim keçən türk və İraq hərbi birləşmələr Habur sərhəd-keçid məntəqəsinə doğru hərəkətə keçdiyini xəbər vermişdik.

 


Вернуться назад