Главная > Baş Xəbər / Aktual > Kim Çenin nüvə poliqonu çökdü - Yüzlərlə ölü

Kim Çenin nüvə poliqonu çökdü - Yüzlərlə ölü


31-10-2017, 17:11.

                 Kim Çenin nüvə poliqonu çökdü -Yüzlərlə ölü

 

Şimali Koreyada nüvə sınaqları üçün nəzərdə tutulmuş "Pyunqqye” poliqonunda tunel çöküb.

Bu barədə "Yonhap” Şimali Koreyadan olan məmura istinadla informasiya yayıb.

Məlumata görə, çökmə ölkənin şimal-şərq hissəsində yerləşən nüvə poliqonunda yeraltı tunel tikintisi zamanı baş verib. Çökmə nəticəsində bir çox insan dağıntılar altında qalıb, xilasetmə əməliyyatları zamanı isə daha bir dağıntı baş verib. Qurbanların təxmini sayı 200 olaraq göstərilib.

Qeyd edək ki, Cənubi Koreya və Yaponiya mətbuatı hadisənin baş verdiyini və yerini təsdiqləsə də, faciənin nə vaxt olduğu ilə bağlı informasiya verilməyib.//axar.az

 


Вернуться назад