Главная > Problem > Oğuzda çaqqal kəndə hücum edib, yaralananlar var

Oğuzda çaqqal kəndə hücum edib, yaralananlar var


2-11-2017, 23:50.

                               Oğuzda çaqqal kəndə hücum edib, yaralananlar var

 

Oğuz rayonunda çaqqal insanlara hücum edib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Xaçmaz kəndində qeydə alınıb.

Belə ki, həyətlərdən birinə soxulan yırtıcı 33 yaşlı Aynur İmdad qızı İbrahimovanı qolundan və ayağından yaralayıb. Çaqqal qadının səsinə gələn qonşulara daxəsarətlər yetirib.

Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar, onlara ilkin tibbi yardım göstərilib, quduzluq əleyhinə iynə vurulub.

 


Вернуться назад