Главная > Baş Xəbər > “İrəvan, Zəngəzur məsələsini gündəmə daşımağımızda fayda var”

“İrəvan, Zəngəzur məsələsini gündəmə daşımağımızda fayda var”


5-11-2017, 13:37.

                     "İrəvan, Zəngəzur məsələsini gündəmə daşımağımızda fayda var”

"Necə ki, Ermənistan bizim torpaqlarımıza iddia edir, biz də tarixi torpaqlarımıza iddia etməliyik”

 

 

Azərbaycanın Ermənistan işğalı altında olan tarixi torpaqlarına, xüsusilə də İrəvan, Zəngəzur və s. kimi ərazilərlə bağlı rəsmi səviyyədə öz iddiasını ortaya qoymasının vacibliyi ilə bağlı fikirlər səslənməkdədir.

 

Bəzi siyasətçilər hesab edir ki, bu, Ermənistanı Qarabağ məsələsində güzəştə getməyə vadar edən amillərdən biri ola bilər.

 

Moderator.az-a açıqlama verən ADP sədri Sərdar Cəlaloğlu bu qənaəti bölüşdüyünü vurğuladı:

 

"Hesab edirəm ki, bizim İrəvan, Zəngəzur məsələsini siyasi gündəm gətirməyimiz faydalı ola bilər. Bu, doğrudan da Ermənistanı ən azından Qarabağ məsələsində güzəştə getməyə vadar edə bilər. Necə ki, Ermənistan bizim torpaqlarımıza iddia edir, biz də Ermənistan işğalındakı tarixi torpaqlarımıza iddia etməliyik. Ermənilərin bizim torpaqlarımıza irəli sürdüyü haqsız iddialara cavab olaraq, biz də dəd-baba torpaqlarımızla bağlı iddialarımızı gündəmə gətirməliyik. Düşünürəm ki, bu məsələnin bizə ancaq faydası ola bilər”.

 


 


Вернуться назад