Главная > Baş Xəbər > Suriyada rusiyalı jurnalistlər yaralanıb - Foto

Suriyada rusiyalı jurnalistlər yaralanıb - Foto


7-11-2017, 08:45.

              Suriyada rusiyalı jurnalistlər yaralanıb - Foto

 

Suriyada idarə olunan partlayıcı qurğunun partlaması nəticəsində Rusiyanın NTV və "Zvezda” telekanallarında çalışan jurnalistlər yaralanıb.
APA-nın xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilir.

"Noyabrın 6-da rusiyalı jurnalistlər Deyr əz-Zor şəhərinin küçələrinin birində çalışarkən, terrorçuların məsafədən idarə olunan partlayıcı qurğusu partladılıb. Partlayış nəticəsində 4 rusiyalı jurnalist və Rusiya ordusunun 5 istehkamçısı yaralanıb.

Yaralılar "Xmeymim” aviabazasına çatdırılıb. Onların həyatına hazırda heç bir təhlükə yoxdur.

 


Вернуться назад