Главная > Region > Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə güclü yanğın baş verib

Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə güclü yanğın baş verib


7-11-2017, 09:08.

Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə güclü yanğın baş verib

 

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Bolnisi rayonunun Darbaz kəndində güclü yanğın baş verib.

APA-nın yerli bürosu Gürcüstanın Fövqəladə Halların İdarə olunması Agentliyinə istinadla xəbər verir ki, dağ yamacında baş vermiş yanğının söndürülməsində 60-a yaxın yanğınsöndürən iştirak edib. Yanğın nəticəsində quru yarpaqlar və ot örtüyü yanıb.

Yanğının yenidən baş verməsi təhlükəsi olduğundan yanğınsöndürənlər ərazini tərk etmirlər.

 


Вернуться назад