Главная > Maraqlı > Elektrik avtomobilləri durmadan artacaq - PROQNOZ

Elektrik avtomobilləri durmadan artacaq - PROQNOZ


7-11-2017, 09:17.

       Elektrik avtomobilləri durmadan artacaq - PROQNOZ

 

2040-cı ildə yollarda 266 milyon ədəd elektrik avtomobili olacaq.

Trend-in məlumatına görə, bu barədə OPEK-in hesabatında bildirilir.

2015-ci ildə yaydığı hesabatda 2040-cı il üçün 46 milyon ədəd elektromobil olacağını təxmin edən OPEK sonuncu məruzəsində bu rəqəmi 6 dəfə artıraraq 266 milyon göstərib.

Elektrik avtomobili sənayesində müşahidə olunan canlanma digər qurumları da proqnozlarını dəyişdirməyə məcbur edir. Belə ki, Beynəxalq Energetika Agentliyi 2030-cu il üçün daha öncə 23 milyon ədəd elektromobil olan proqnozunu artıq 58 milyon göstərir. "Exxon Mobil" isə 2040-cı il təxminini 100 milyon ədəd (bundan əvvəl 65 milyon) qeyd edib.

 


Вернуться назад