Главная > Ölkə > Həmvətənimiz Züleyxa İzmayılova Tallinn şəhərinin vitse-meri oldu

Həmvətənimiz Züleyxa İzmayılova Tallinn şəhərinin vitse-meri oldu


10-11-2017, 16:57.

             Həmvətənimiz Züleyxa İzmayılova Tallinn şəhərinin vitse-meri oldu

 

Tallinn şəhər məclisinin iclasında mərkəzçi Taavi Aas Estoniya paytaxtının yeni meri seçilib.

İclasda şəhərin yeddi vitse-meri də təsdiqlənib. Onların sırasında həmvətənimiz, "Estoniya Yaşılları” partiyasının sədri Züleyxa İzmayılova da var.

Z.İzmayılova 1985-ci ildə Tallinndə dünyaya göz açıb. Anası eston, atası azərbaycanlıdır. O, atasının vəfatınadək Azərbaycanda yaşayıb, sonra Estoniyaya qayıdıb.

Z.İzmayılovanın iki övladı var. Həyat yoldaşı Yoonas Laks yol tikintisi ilə məşğul olan TREV-2 firmasında iri layihələrin satış rəhbəridir.//AZƏRTAC

 


Вернуться назад