Главная > Mövqe > Rəsmi Moskva: "Tərəflər Qarabağda gərginliyi azaltmaq üçün əlavə tədbirlər görməlidir"

Rəsmi Moskva: "Tərəflər Qarabağda gərginliyi azaltmaq üçün əlavə tədbirlər görməlidir"


10-11-2017, 16:21.

Rəsmi Moskva: "Tərəflər Qarabağda gərginliyi azaltmaq üçün əlavə tədbirlər görməlidir"

 

Dağlıq Qarabağ münaqişəsi üzrə təmas xəttində baş verən hadisələrin təhqiqi istiqamətində əlavə tədbirlər görülməlidir.

Virtualaz.org "Sputnik”ə istinadən xəbər verir ki, bunu ATƏT-in Minsk Qrupunun həmsədrlərinin, ATƏT-in hazırkı prezidentinin şəxsi nümayəndəsinin və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun başçısının Vyanadakı çıxışlarına cavab olaraq ATƏT-in Daimi Şurasının iclasında Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç deyib.

Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrə görüşü Bakı və Yerevanla fəal əlaqə zamanı ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçilik səylərinin vacib nəticəsidir.

"Güman edirik ki, həmsədrlərin qarşıdakı əlaqələri bu köhnəlmiş münaqişənin tənzimlənməsinə əlavə impuls verəcək”, - Lukaşeviç deyib.

Onun sözlərinə görə, zirvə görüşünün nəticələrinə görə, tərəflərin danışıqlar prosesini intensivləşdirmək barədə razılığa gəlmələri xüsusi əhəmiyyətə malikdir. Bu tərəflər arasında etimadın daha da artırılmasına və tənzimlənmənin mahiyyətinə aid aspektlər üzrə güzəştlərə doğru hərəkətə xidmət edəcək.

Minsk Qrupunun həmsədrlərinin vasitəçilik missiyasının məhsuldarlığının zəruri şərti regionda sülhün və sabitliyin qorunub saxlanmasıdır.

"Tərəflər təmas xəttində gərginliyin azaldılması üçün əlavə tədbirlərin görülməsinə çalışmalıdır. Bu baxımdan ATƏT-in hazırkı prezidentinin şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsi alqoritminin regiondakı vəziyyətə nəzarət üzrə imkanların keyfiyyətcə artırılmasına imkan yaradacaq sxem əsasında tezliklə razılaşdırılmasına ümid edirik”, - o qeyd edib.

 


Вернуться назад