Главная > Ümumi > Türkiyə Avropa Şurasının büdcəsinə ödədiyi maliyyə vəsaitini azaldıb

Türkiyə Avropa Şurasının büdcəsinə ödədiyi maliyyə vəsaitini azaldıb


10-11-2017, 22:07.

                     Türkiyə Avropa Şurasının büdcəsinə ödədiyi maliyyə vəsaitini azaldıb

 

Türkiyə Avropa Şurasının büdcəsinə ödədiyi maliyyə vəsaitini azaldıb.


"Report” "Haber7"yə istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Avropa Şurasının baş katibi Torborn Yaqlanda məktub göndərib.

Məktubda Türkiyənin Avropa Şurasının donor-dövlət statusundan çıxdığı göstərilib.

Qeyd edək ki, Şuranın 47 üzvü var. Almaniya, Britaniya, Fransa, İtaliya və Rusiyadan sonra Türkiyə Təşkilata ən çox maliyyə vəsaiti ödəyən 6-cı dövlətdir.

Məlumat üçün bildirək ki, 2016-cı ildə Türkiyə Şuraya 14 milyon avro ödəyib.


Вернуться назад