Главная > Baş Xəbər > ABŞ: Demokrat partiyasında Hillari Klinton qalmaqalı
ABŞ: Demokrat partiyasında Hillari Klinton qalmaqalı11-11-2017, 15:41. |
Partiyanın keçmiş funksioneri ona qarşı ittihamlar irəli sürüb Xəbər verildiyi kimi, Demokrat partiyasının namizədləri ABŞ-ın Virciniya və Nyu-Cersi ştatlarında keçirilən qubernatorluq, habelə Nyu-York şəhərinin meri postu ğrunda gedən seçkilərdə qalib gəliblər. Demokrat Ralf Nortem Virciniyada respublikaçı rəqibi, kiçik Corc Buş dönəmində dövlət müşaviri olmuş Ed Cillespidən üstün olub. Sonuncuya D. Trampın xüsusi səfəri də kömək etməyib. Demokrat partiyası Fil Merfinin simasında Nyu-Cersi ştatında respublikaçı qubernator Kris Kristini devirməyi bacarıb. Xatırladaq ki, sonuncu həm də Respublikaçılar partiyası daxilində Donald Trampın rəqibi sayılırdı. Nyu-Yorkda isə demokrat mer Bil Blazio ikinci dəfə seçilərək öz postunu qoruyub. Bütün bunlar Demokrat partiyası üçün önəmli xəbərlər sayılmalıdır. Çünki bunun sayəsində partiya 2018-ci ildə Konqresin aşağı palatasına və Senatın bir hissəsinə keçiriləcək seçkilərdə uzun fasilədən sonra qanunverici hakimiyyətdə nəzarəti ələ ala bilər. Lakin bu yaxınlarda ABŞ mətbuatında partiya daxilində açılan yeni diskussiya onların ovqatını təlx edib. Musavat.com xarici mediaya istinadən xəbər verir ki, partiyanın Milli Komitəsinin (DNC) keçmiş rəhbəri Donna Brazil noyabrın 7-də işıq üzü görən kitabında prezidentliyə keçmiş namizəd Hillari Klintonu müxəlif ittihamlara məruz qoyub. Kitab "Trampa Ağ Evə sahib olmaqda kömək edən parçalanmaların və ziddiyyətlərin tarixi” adlanır. Bu kitabda Dona Brazil 2016-cı il seçkilərində məğlubiyyətin əsas səbəbkarı olaraq vahid namizədi, yəni Hillari Klintonu göstərib. Xanım Brazil Hillari Klintonun paritya üzərində tam mənimsəmə siyasətini həyata keçirdiyini qeyd edib. Kitabda müəllif partiyanın maliyyə hesablarına göz gəzdirdiyini
və H. Klintonun bütün partiya maşınını öz nəzarətə götürdüyünü bildirib. Lakin Dona Brazilin sübut olaraq gətirdiyi bu elektron
yazışmaların bir çoxu Rusiya kəşfiyyatına çalışan hakerlərin əməyi sayəsində
ortaya çıxıb. Bu sənədlərdə Hillari və onun tərəfdarlarının partiya pullarını şəxsi
məqsədləri üçün istifadə etməkdə günahlandıran qeydlər də yer alıb. Brazil məhz bunun sayəsində Hillari Klintonun əsas rəqibi
Berni Sanders üzərində qələbə qazanaraq vahid namizədə çevrildiyini iddia edib. Hətta Bill Klintonun keçmiş müşaviri, Arkanzas ştatının eks-qubernatoru Dik Morris belə Klintonlarla bağlı məsələnin partiyanı on illər boyunca parçalayacağını qeyd edib. Musavat.com
Вернуться назад |