Главная > Problem > Uşaqlarınızı qoruyun: "Mavi balina" yenə can aldı

Uşaqlarınızı qoruyun: "Mavi balina" yenə can aldı


11-11-2017, 18:07.

                                Uşaqlarınızı qoruyun: "Mavi balina" yenə can aldı

"Mavi balina”-nın ("Siniy kit”) qurbanları artmaqda davam edir.
Publika.az bildirir ki, Türkiyənin Ordu vilayətində "Mavi balina”nın təsirinə düşən 17 yaşlı gənc özünü asaraq intihar edib. Bu barədə Sputnik-Azərbaycan məlumat yayıb.
Dünyanın dörd bir tərəfində minlərlə uşağı ölümlə üz-üzə qoyan "Mavi Balina” oyunundakı təlimatı yerinə yetirmək üçün özünü qaz borusundan asan İbrahim Can lisey şagirdi olub.
İddialara görə, "Mavi balina” oyun son günlərdə 142 gəncin intiharına səbəb olub. Bildirilir ki, psixoloji oyunun qaydalarına görə, uşaqlara 50 tapşırıq verilir və oyunun sonunda ondan intihar etmək tələb olunur.
Bu oyun Rusiyada yaranıb. Onun dəqiqi yaranma tarixi bəlli deyil. Bəziləri dəhşətli oyunun 2015-ci, digərləri 2016-ci ildə yaradıldığını deyirlər. Bəlli olan odur ki, artıq yüzlərlə uşaq bu oyunun psixoloji təsiri altında intihar edib.
"Mavi balina”-nı həm də "Sakit ev”, "Məni 4:20-də yuxudan oyat”, "Balinalar dənizi”, "Süd yolu”, "F57”, "Qırmızı bayquş” adları ilə də sosial şəbəkələrdə yayılır.


Вернуться назад