Bu bitki əvvəlcə adamı dəli edir, sonra öldürür...
Bu zəhərli bitkini siqaret əvəzinə çəkmək astmanın dərmanıdır,
qadınlar isə gözəl gözlərə sahib olmaq üçün onun dəmləməsindən istifadə
edirmiş.
Dəlibəng - əvvəlcə adamı dəli edir, sonra öldürür. Bu bitki Azərbaycanın hər
yerində geniş yayılmış bir bitkidir, hətta Bakı şəhərinin bir çox yerində bu
bitkiyə rast gəlinir.
Dəlibəng zəhərli bir bitkidir. Tərkibində zəngin alkoloidlər olduğundan çox az
dozada dərman bitkisi kimi istifadə olunur. Amma bu bitki özbaşına yox, xüsusi
bilən adamların təyinatları əsasında istifadə oluna bilər. Dəlibəng astma xəstəliyində
yarpaqları qurudulur və adi siqaret kimi çəkilir, boğulmuş astma tutmasının
qarşısını alır. Yarpaqlarının tərkibində zəngin alkoloidlər olduğundan çox
güclü bir ağrıkəsicidir. Yarpaqlarının dəmlənməsini içmək olmaz, yalnız xaricə
istifadə oluna bilər.
Meyvəsinin üstü tikanlı, qozdan bir az böyük olur, partlayır və içindən qara
toxumlar görünür. Bu toxumları yeyən adamlar əvvəlcə dəli olur və müxtəlif hərəkətlər
edirlər.
Məsələn, gözlərinə yanan bir işıq görünür və o gördükləri işığın ardınca
qaçırlar, durmadan qaçırlar və birdən görürsən durub qışqırırlar. Səbəbini
soruşduqda isə deyirlər işıq göyə qalxdı və sairə kimi hallar əmələ gəlir.
Bunlara tibbdə halyusinasiyalar deyilir. Bundan sonra kəskin zəhərlənmə baş
verir və tədbir görülməzsə, insan həyatını itirə bilir, əsasən uşaqlar bilmədən
bu toxumlardan yeyirlər.
Orta əsrlərdə xanımlar daha gözəl görünmək üçün gözlərinə dəlibənglə dəmlənilmiş
su tökürmüşlər. Çünki dəlibəng göz bəbəklərini genişləndirir və xanımlar daha
da gözəl görünürmüş. Ona görə o vaxtlar bu bitkiyə "gözəl xanımlar
gözü" kimi ad da vermişlər. Keçmişdə yuxusuzluğun qarşısını alan bir vasitə
kimi də bu bitkidən istifadə olunub.
Вернуться назад
|