Главная > Mövqe > Səudiyyədən təcili qərar: İranın taleyi müzakirədə...

Səudiyyədən təcili qərar: İranın taleyi müzakirədə...


12-11-2017, 22:46.

                      Səudiyyədən təcili qərar: İranın taleyi müzakirədə...

Səudiyyə Ərəbistanı hökuməti Ərəb Dövlətləri Liqasının üzvü olan ölkələrin xarici işlər nazirlərinin iştirakı ilə təcili toplantı çağırıb.

 

Axar.az "Skay Nyu Arabia”ya istinadən xəbər verir ki, toplantının mövzusu İranın region dövlətlərinin daxili işlərinə müdaxiləsi ilə bağlı olacaq.

Güman edilir ki, toplantı qarşıdakı həftənin bazar günü baş tutacaq.

Qeyd edək ki, bir müddət əvvəl Yəməndə husilərin Ər-Riyada uğursuz raket zərbəsindən sonra Səudiyyə bu təxribatda İranı günahlandırmışdı.

 


Вернуться назад