Главная > GÜNDƏM > Sloveniyada prezident seçkilərinin qalibi məlum olub

Sloveniyada prezident seçkilərinin qalibi məlum olub


12-11-2017, 22:38.

                            Sloveniyada prezident seçkilərinin qalibi məlum olub

 

Sloveniyanın hazırkı dövlət başçısı Borut Pahor ölkədə keçirilən ikinci tur prezident seçkilərində qalib gəlib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Dövlət Seçki Komissiyası bildirib.

İlkin nəticələrə görə, 53 yaşlı B.Pahor 52,95%, onun rəqibi, Kamnik şəhərinin meri Maryan Şarets isə 47,05% səs toplayıb.

Qeyd edək ki.ş oktyabrın 22-də keçirilən prezident seçkilərinin birinci turunda namizədlərdən heç biri 50 faizdən çox səs toplaya bilməmişdi. İkinci turda qalib sadə səs çoxluğu ilə müəyyənləşir. Sloveniyada prezident 5 il müddətinə seçilir.


Вернуться назад