Главная > Baş Xəbər > "S-400 üstünlük deyil, zərurətdir" - Binəli Yıldırım

"S-400 üstünlük deyil, zərurətdir" - Binəli Yıldırım


12-11-2017, 22:09.

                      "S-400 üstünlük deyil, zərurətdir" -Binəli Yıldırım

Rusiya ilə S-400 zenit-raket komplekslərinin tədarükünə dair sövdələşmədə məqsəd üstünlük əldə etmək deyil. Bu, bir zərurətdir".

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin baş naziri Binəli Yıldırım ABŞ-da jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Baş nazir qeyd edib ki, Türkiyə ABŞ və NATO-nun bənzər sistemlərinə ümid etsə də, təkliflər qoyulan şərtlərlə uyğun gəlmədi.

"Bizim gözləntilərimizə cavab verən təklif olmadı. Nəhayət, biz Rusiya ilə saziş bağladıq", — deyə Yıldırım bildirib.

 


Вернуться назад