Главная > Siyasət > Saad Hariri Livana bir neçə günə qayıdacaq

Saad Hariri Livana bir neçə günə qayıdacaq


13-11-2017, 09:31.

                     Saad Hariri Livana bir neçə günə qayıdacaq

 

Saad Hariri girov saxlandığını inkar edib.

Livanın Baş naziri Saad Hariri deyib ki, o, özünü qorumaq üçün istefa verib və "bir neçə günə" vətənə qayıdacaq.

Ər-Riyadda olan Hariri Future TV televiziya kanalına bildirib ki, o sərbəstdir, azad hərəkət edir və "tez bir zamanda Livana qayıdacaq".

Livan prezidenti və digərləri bildiriblər ki, Hariri Səudiyyə paytaxtında iradəsinə zidd olaraq saxlanılır.

Saad Hariri ötən həftə istefa verəndən sonra ilk dəfədir ki, müsahibə verib.

Hariri-nin sözlərinə görə, onun həyatına təhlükə yaranıb, lakin bu məsələyə o, aydınlıq gətirməyib.

"Mən istefa vermişəm. Tez bir vaxtda Livana gəlib konstitusiya qaydasına uyğun istefamı rəsmiləşdirəcəyəm", - o, müsahibəsində bildirib.

O, etiraf edib ki, onun öz istefasını formal qaydalara uyğun olmayıb, lakin deyib ki, ölkəsinə "pozitiv şok" vermək niyyətində olub.

Iran və onun Livandakı müttəfiqi Hizbullah təşkilatı Səudiyyə Ərəbistanını Baş nazir Hariri-ni girov saxlamqda ittiham ediblər.

Lakin Hariri təkid edir ki, o, sərbəst və azaddır, azad hərəkət edə bilir.

Qəfil istefasından sonra Hariri ilk dəfə olaraq müsahibə verib.

Livan prezidenti Mişel Aun rəsmi olaraq Hariri-nin istefasını qəbul etməyib.

"Baş nazir Saad Hariri-nin hansı şəraitdə olduğunu bürüyən qaranlıq ona dəlalət edir ki, onun dedikləri və ya onun adından deyilənlər həqiqəti əks etdirmir", - prezident Aun bildirib (BBC).

 


Вернуться назад