Главная > Region > Azərbaycanlılar 8 şəhidini dəfn etdi: dövlətə etiraz… - Video

Azərbaycanlılar 8 şəhidini dəfn etdi: dövlətə etiraz… - Video


15-11-2017, 14:38.

                                Azərbaycanlılar 8 şəhidini dəfn etdi: dövlətə etiraz… - Video

 

Noyabrın 4-də Çaldıran şəhərinin Dovşantəpə sərhəd postunda xidmətdən evə qayıdan zaman PJAK (PKK-nın İran qanadı) terrorçularının xain hücumu nəticəsində şəhid olan 8 soydaşımızın bazar günü Xoy şəhərində keçirilən dəfn mərasimi etirazlarla yadda qalıb.

Axar.az xəbər verir ki, Xoy şəhərində keçirilən dəfn mərasimində yerli əhali İran mediasının şəhidlərimizə qarşı etinasızlığına və rəsmilərin mərasimdə iştirak etməməsinə etiraz ediblər.

Aksiyada kürd terrorçuların xain hücümunun cavabsız qalmayacağı və şəhidlərin intiqamının alınacağını da qeyd edilib.

Mərasimdən çəkilən videoda urmiyəli soydaşımız "bura Azərbaycandır və Azərbaycan da qalacaq” deyə kürdlərin torpaqlarımıza iddialarına öz təbkisini bildirir.

Sosial şəbəkələrdə yayılan həmin videonu təqdim edirik:

 


Вернуться назад