Главная > Baş Xəbər > Azərbaycanlı gənclər Tbilisidə Ermənistan səfirliyi qarşısında aksiya keçiriblər - FOTOLAR

Azərbaycanlı gənclər Tbilisidə Ermənistan səfirliyi qarşısında aksiya keçiriblər - FOTOLAR


16-11-2017, 13:56.

Azərbaycanlı gənclər Tbilisidə Ermənistan səfirliyi qarşısında aksiya keçiriblər - FOTOLAR

 

Bir qrupu azərbaycanlı gənc Ermənistanın Gürcüstandakı səfirliyi qarşısında etiraz aksiyası keçiriblər.


"Report"un Gürcüstan bürosu xəbər verir ki, əllərində Azərbaycan bayragı, "Dilqəm Əsgərova və Şahlar Quliyevə azadlıq", "Əsirlərimizə azadlıq", "Torpaqlarımıza azadlıq", "Ermənistan işğalçıdır", "Sarqisyan terrocudur" şüarları yazılmış plakatlar tutan aksiya iştirakçıları Ermənistanın girovluğunda olan Dilqəm Əsgərov və Şahlar Quliyevin azad olunmasını, Ermənistandan işğalçılıq siyasətinə son qoymasını, işğal altında olan torpaqlardan geri çəkilməyi tələb ediblər.

Aksiyanın əsas təşkilatçılarından biri, Bavariyadakı Azərbaycan Diaspor Mərkəzinin rəhbəti Akif Məmmədov deyib ki, əsas məqsəd işgal olunmuş Azərbaycan torpaqlarının azad olunmasına, qanunsuz həbsdə olan soydaşlarımızın azadlığa buraxılmalarına nail olmaq, dünya ictimayyətinin diqqətini Ermənistanın işğalçılıq siyasətinə yönəltməkdir. Onun sözlərinə görə, bu cür tədbirlər davamlı olacaq, başqa şəhərlərdə də təşkil olunacaq.

Ermənistanda həbsdə olan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsvərov deyib ki, onlar atasının və Ermənistanın girovluğunda olan digər azərbaycanlıların azad olunması üçün aksiyaları davam etdirəcəklər.

Metronun Marcanaşvili stansiyasindan başlayan aksiya Ermənustan səfirliyi qarşında başa çatib. Polis aksiya iştirakçılarını səfirliyin qarşısına buraxmayib.
Aksiya dinc şəraitdə keçib.


Вернуться назад