Главная > GÜNDƏM > Azərbaycanlı fəal azadlığa buraxıldı – Foto

Azərbaycanlı fəal azadlığa buraxıldı – Foto


18-11-2017, 11:57.

                           Azərbaycanlı fəal azadlığa buraxıldı –Foto

Azərbaycanlı milli-mədəni fəal Məhəmməd Nəcəfi 6 aylıq həbsdən sonra noyabrın 16-da Təbrizin mərkəzi həbsxanasından azadlığa buraxılıb.

Teleqraf.com xəbər verir ki, o, mayın 29-da həbs edilmişdi.

Məhəmməd Nəcəfi 2015-ci il noyabrın 20-də Təbrizin "Səhənd” stadionunda "Traxtur” komandası ilə "Siyah cameqan”ın görüşü zamanı Yavər Sultani (Maku), Cavad Sultani (Maku), Cahanbəxş Sultanzadə (Maku), Mehdi Şərifi (Urmiyə), Hadi Hüseynzadə (Urmiyə), Cəfərpur (Urmiyə), Həsən Camali (Xoy), Məcid Nağızadə (Əhər), Məhəmməd Şirzad və Mehdi Şirzadla birlikdə saxlanılıb.

Tutulan fəallar saxlandıqları müddətdə təhlükəsizlik qüvvələri tərəfindən döyülüb.

Məhəmməd Nəcəfi bir neçə gün saxlandıqdan sonra müvəqqəti olaraq zaminliyə buraxılmış və yenidən həbs edilmişdi.

Azərbaycanlı fəal Təbriz məhkəməsi tərəfindən bir il həbs cəzasına məhkum edilib, lakin sonralar Apelyasiya Məhkəməsi həbs cəzasını 6 aya endirib. O "səs-küy salmaq yolu ilə ümumi asayışı pozmaq” kimi qondarma ittihamla üzləşib.

Sözügedən futbol yarışı zamanı təxminən 100 nəfər "Traxtur” tərəfdarının polis tərəfindən yaxalandığı bildirilir.

Stadionda təxminən 15 min nəfər tamaşaçı qismində iştirak edib, onlar İran Teleradio Şirkətinin türkləri təhqir etməsinə etiraz olaraq şüarlar səsləndiriblər.

 


Вернуться назад