Главная > Baş Xəbər > Ərdoğan NATO-nun üzrünü qəbul etmədi

Ərdoğan NATO-nun üzrünü qəbul etmədi


18-11-2017, 21:26.

                          Ərdoğan NATO-nun üzrünü qəbul etmədi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Yens Stoltenberqin üzrünü qəbul etməyib.

Ərdoğan Yens Stoltenberqin Norveçdə keçirilən təlim zamanı hədəf lövhəsi olaraq, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün fotolarının seçilməsinə görə üzrünü qəbul etməyib. O, bildirib ki, belə hörmətsiz davranış asanlıqla bağışlana bilməz:

"NATO təlimlərində hörmətsiz davranışı gördünüz. Sadə bir üzrlə bu iş bitməz".

O, həmçinin, Türkiyənin NATO təlimlərində iştirak edən 40 hərbçisini geri çəkəcəyini bildirib.//AzNews.az

 
Uluyol.az

Вернуться назад