Главная > Aktual > ABŞ hərbi gəmisi ilə Yaponiyanın təyyarə gəmisi toqquşub

ABŞ hərbi gəmisi ilə Yaponiyanın təyyarə gəmisi toqquşub


19-11-2017, 11:00.

                  ABŞ hərbi gəmisi ilə Yaponiyanın təyyarə gəmisi toqquşub

 

ABŞ-ın idarə edilən raketlərə qarşı müdafiə gəmisi Yaponiyanın təyyarə gəmisinin Sakit Okeanda Yaponiya yaxınlığındakı Sagami Körfəzində aparılan yedəkləmə təlimləri zamanı hərəkətverici qüvvəsini itirib onunla toqquşması nəticəsində minimal zərər görüb.

Amerikanın Səsinin xəbərinə görə, Dəniz Donanması bəyanatında bildirib ki, USS Benfold-un yan tərəfində cızıqlar olsa da, gəmilərin heç birində xəsarət alan olmayıb.

"Benfold hələ də suda öz qüvvəsi ilə dayanır. Yaponiyanın kommersiya təyyarə gəmisi bir digər gəmi tərəfindən Yokosukadakı limana yedəklənir. Hadisə ilə bağlı istintaq aparılır”, deyə ABŞ-ın Yeddinci Donanmasının bəyanatında bildirilib.

Kommersiya təyyarə gəmisi ABŞ Dəniz Donanmasının Yaponiyadakı Yeddinci Donanmasının yerləşdiyi Yokosuka limanına yedəklənirdi. Bu il Yeddinci Donanmanın iki hərbi gəmisi Asiya sularında kommersiya gəmiləri ilə toqquşub.

İyun ayında Yaponiya sularında USS Fitzgerald, avqust ayında isə Sinqapura yaxınlaşan USS John. S. McCain idarə edilən raketlərə qarşı müdafiə gəmilərinin qəzaya uğraması nəticəsində 17 gəmiçi ölüb.

Bu qəzalardan Dəniz Donanması komandirləri işdən çıxarılıb, ABŞ Dəniz donanması isə bu ay bir sıra islahatlar həyata keçirib. Bu islahatlar təməl donanma bacarıqlarını və dənizdəki çevikliyi bərpa etməyə yönəlib.

 


Вернуться назад