Главная > Araşdırma > Çəkdiyiniz cızma-qaraların MƏNALARI SİZİ DƏHŞƏTƏ GƏTİRƏCƏK

Çəkdiyiniz cızma-qaraların MƏNALARI SİZİ DƏHŞƏTƏ GƏTİRƏCƏK


19-11-2017, 16:13.

               Çəkdiyiniz cızma-qaraların MƏNALARI SİZİ DƏHŞƏTƏ GƏTİRƏCƏK

Söhbət zamanı, mühazirələrdə, görüşlərdə və ya sadəcə düşünərkən əlimizdə qələm varsa mütləq vərəqdə nəsə cızma-qara edəcəyik.

 

Sən demə, çəkdiyimiz balaca nöqtənin belə bizim psixoloji vəziyyətimizlə və yaşadıqlarımızla birbaşa əlaqəsi var. Bəs çəkdiyimiz bu rəsmlər nəyin işarəsidir?

 

Rəqəmlər

 

Hər dəfə yeni günün doğmasına baxmayaraq ürəyiniz sevinmir. Sizin daha çox qayğıya və diqqətə ehtiyacınız var.

 

Həndəsi fiqurlar

 

Kvadrat, romb, üçbucaq fiqurlarını çəkən insanlar dəqiq məqsədi olan insanlardır. Onlar praktik zəkaya, məntiqli düşüncə tərzinəmalikdirlər. Yaxşı lider ola bilərlər. Bundan başqa, həndəsi fiqurlar çəkən insanlar dəqiqliyəsadiqdirlər, ağıllıdırlar və hər şeyi çox gözəl planlamaq xüsusiyyətinəmalikdirlər. Əgər fiqurların çox iti ucları varsa, bu aqressivlikdən xəbər verir. Belə insanların zəif yeri həddindən artıq diqqətcil olmalarıdır. Arada istirahət etsələr, yaxşı olar.

 

Xaç

 

Xaçlar günah hissinin olduğunu göstərir.

 

Spiral, dalğa və dairə

 

Başqalarının problemləri səni narahat etmir. Beləinsanlar özünə çox qapanıq olur və başqalarının onun işlərinə müdaxilə etməsini sevmir.

 

Ulduz

 

Optimist xarakterdən xəbər verir. Belə insanlar çətinliklərdən qorxmur və onu tez həll etməyə çalışır. Bu fiqur özünə diqqəti cəlb etmək istəyini göstərir.

Kökü bilinən ağac

Ağac çəkən insanlar özünü itirmiş və məyus olmuş insandır. Amma yarpaqları və qalın gövdəsi olan ağaclar energetik, şən insan olduğunuzu və heç nəyin rahatlığınızı pozmadığından xəbər verir.

 

Ürək

 

Özünü əzilmiş hiss edir. Bütün kainatı qucaqlamaq istəyirlər, amma hisslərini gizlədirlər.

 

Arı şanı

 

İtirilmiş həyatın, dünyanın və özünün axtarışındadır. Bu cızma-qara özünün belə etiraf etmədiyi, ailə qurmaq istəyinin olduğunu göstərir.

 

Gül və ləçək

 

Əxlaqdan xəbər verir. Belə insanlar xoş və yardımsevər olurlar. Hissiyyatlı və emosionaldırlar.

 

Şahmat

 

Xoşagəlməz və çətin situasiya içərisindəsiniz. Şahmatda olduğu kimi problemlərinizi taktika işlədərək həll etmək haqda düşünürsüz.

 

Xətt və ştrix

 

Xətt nə qədər qalındısa, çəkənin içindəki təzyiq bir o qədər çoxdur. O, tezliklə çıxmaq istədiyi söz-söhbətin içindədir.

 

Cızma-qara (qarışıq, dolaşıq xətlər)

 

Xaosdan və daxili nizamsızlıqdan xəbər verir. Bunu çəkən insanlar ciddi qərarın bir addımlığındadır.

 

Ev

 

Düzgün simmetrik xətlər insanın hər şeydə nizam-intizamı sevdiyini göstərir. Bu rəsmi çəkən insanın önündə dəqiq məqsədlər var.

 

Dodaq

 

Bunu daha çox qızlar çəkir. Bu, insanın həssas vəistedadlı olmasını göstərir. Belə insanlar incəsənəti sevir. Ancaq dodaqda kəsik var, insanın aqressiv olmasına işarədir.

 

İnsan üzü və başı

 

Bunu adətən ətraf mühitə və özünə gülən şən, istehzalı insanlar çəkir.

 

Gözlər

 

Bu rəsmi çəkənlər müşahidəçi insanlardır. Əgər göz bəbəkləri başqa tərəfə baxırsa, insan demək özünü axtarışındadır. (publika.az)

 

 
Uluyol.az

Вернуться назад