Şimal İraq Kürd Muxtariyyəti hakimiyyəti müstəqilliklə
bağlı referendumun nəticələrini ləğv edəcək.
APA-nın "Fars” agentliyinə istinadən verdiyi məlumata görə, Şimal İraq Kürd
Muxtariyyəti hakimiyyəti bunun üçün iki məsələdə zəmanət verilməsini istəyir.
Muxtariyyətin baş naziri Neçrivan Bərzani Bağdaddan muxtariyyətin büdcəsinin
formalaşdırılması üçün vəsait ayrılması və Şimali İraqa yönəlik hərbi əməliyyat
keçirilməməsi yönündə qarantiya almaq üçün fəaliyyətə başlayacaq. Bu məqsədlə
kürd lider yaxın vaxtlarda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşməyi
planlaşdırır. N. Bərzani Türkiyə prezidentinin bu məsələ ilə əlaqədar Bağdadla
Ərbil arasında vasitəçilik etməsini, Türkiyə prezidenti və İraq baş naziri
Haydar İbadinin iştirakı ilə üçtərəfli görüşün təşkil edilməsini istəyir.
Qeyd edək ki, sentyabrın 25-də kürd muxtariyyətində müstəqillik referendumu
keçirilib. Seçicilərin 92,7 faizi bölgənin İraqın tərkibindən çıxmasını dəstəkləyib.
Rəsmi Bağdad referendumu qeyri-legitim elan edib və muxtariyyət rəhbərliyi ilə
səsvermənin nəticələrini müzakirə etməyəcəyini bəyan edib. Daha sonra İraq
ordusu neft ehtiyatları ilə zəngin Kərkükdə nəzarətin bərpa olunması istiqamətində
uğurlu əməliyyat keçirib.
Вернуться назад
|