Главная > Cəmiyyət > "Bizim üçün Qarabağ qədər, Türkmən dağı, o cümlədən Bayırbucaq eli də dəyərli və qutsaldır”

"Bizim üçün Qarabağ qədər, Türkmən dağı, o cümlədən Bayırbucaq eli də dəyərli və qutsaldır”


19-11-2017, 23:03.

"BİZİM ÜÇÜN QARABAĞ QƏDƏR, TÜRKMƏN DAĞI, O CÜMLƏDƏN BAYIRBUCAQ ELİ DƏ DƏYƏRLİ VƏ QUTSALDIR”

Bu günlərdə (16 noyabr 2017-ci il) Türkiyənin Hatay rayonunun Yayladağı qəsəbəsində Suriyanın Bayırbucaq bölgəsindən zorla çıxarılan Bayırbucaq Türkmənləri bir araya gələrək Bayırbucaq Yüksək Kurulu elan edib və Husam Can Sahyuni Turanı özlərinə başqan seçiblər. Bayırbucaq Türkmənlərinin əsas məqsədi vətənlərinə qayıtmaq və öz müstəqil idarəçilikləri şəkilində yaşamaqdır.
Bu məsələ ilə bağlı mətbuata açıqlama verən Bütöv Azərbaycan Ocaqları (BAO) Başqanının Türk Dünyası ilə əlaqələr üzrə müavini, dosent Faiq Ələkbərli bildirib ki, gec-tez Bayırbucaq Türkmənlərinin Türkmən dağına və bütövlükdə Bayırbucak bölgəsinə qayıdacağına şübhə etmir. Onun sözlərinə görə, Bayırbucaq Türkmənlərinin bir araya gələrək Bayırbucaq Yüksək Kurulu yaratmaları da bu istəyin bariz örnəyidir: "Mən öz adımdan, eləcə də təmsil olunduğum Bütöv Azərbaycan Ocaqları adından bildirirəm ki, biz daima Bayırbucaq Türkmənləri soydaşlarımızın yanlarında olacağız. Bizim üçün Qarabağ qədər, Türkmən dağı, o cümlədən Bayırbucaq eli də dəyərli və qutsaldır”.


Faiq Ələkbərli onu da bildirdi ki, Türklər imperialist qüvvələrin əliylə işğal altında olan bir qarış da olsun, Türk torpaqlarından vaz keçməyəcəklər: "20-25 il bundan öncə Azərbaycan türklərinin Qarabağ torpaqlarını işğal edən antitürk qüvvələr, bu yaxınlarda eyni ssenarini Bayırbucaqda da həyata keçirmişlər. Bizim kimi Bayırbucak, ümumiyyətlə bütün Suriya Türkmənlərinin də öz torpaqları uğrunda savaş apararaq sonunda qazanacağna şübhə etmirəm. Sadəcə, biz Türklər düşmənlərimizə qarşı ayrı-ayrılıqda savaşdığımız üçün çox zəif düşmüşük. Bunun nəticəsidir ki, son dövrlərdə İraqda, Suriyada, Azərbaycanda və digər Türk ellərində ən çox yurd-yuvasından didərgin düşən Türklərdir. Hesab edirəm ki, buna son vermək üçün birləşməyin, vahid Türk ordusu yaratmağçn zamanıdır. Bütün Türk torpaqları hər bir Türk üçün eyni dərəcədə doğma və qutsal olmalıdır”.

Bütöv Azərbaycan Ocaqları adlı şəxsin şəkli.
Faiq Ələkbərli bildirdi ki, bu anlamda Bayırbucaq Yüksək Kurulu başqanı Husam bəylə telefonla görüşərək onlara dəstəyini də ifadə edib: "Mən Husam bəyə də bildirdim ki, bizim üçün bütün Türk torpaqları, Turan elləri birdir. Sizin bayrağnız, bizim də bayrağımızdır! Biz Türklər bütün torpaqlarımızın işğaldan azad olunması üçün birgə fəaliyyət göstərməli, daima birlik içində olmalıyıq. Bu anlamda Azərbaycan türkləri Bayırbucaq Türkmənlərinin daima yanında olacaq, onların öz yurd-yuvalarına qayıdıb azad şəkildə yaşamaları üçün əlindən gələni əsirgəməyəcəkdir”.

Bütöv Azərbaycan Ocaqları adlı şəxsin şəkli. 

Uluyol.az

 


Вернуться назад