Mərhum jurnalist Natiq Qədimovun həyat yoldaşı danışdı: “Əlvida” demirəm Natiq, görüşəcəyik...” VİDEO FOTOLAR
24-11-2017, 20:58.
Mərhum jurnalist Natiq Qədimovun həyat yoldaşı danışdı:"Əlvida”
demirəm Natiq, görüşəcəyik...” VİDEO FOTOLAR
"Həmin gün mənə qızıl üzük və
boyunbağı alıbmış, sürpriz edəcəkdi. Ancaq mənə həyatımın ən dəhşətli
sürprizini etdi. O sürprizi həyatım boyu unutmayacağam”.
Bu sözləri noyabrın 22-də vəfat edən APA TV-nin jurnalisti Natiq Qədimovun həyat
yoldaşı Nurlana Qədimova "Yeni Müsavat”a danışarkən deyib.
Həmin gün yeni evli olan cütlüyün ən xoşbəxt günü imiş. Natiq Qədimov işdən tez
çıxıb, həyat yoldaşına hədiyyələr alaraq evə gəlib və bütün yaxın qohumlarını
evə dəvət edib. Ailə yemək masası arxasında Qarabağ-Çelsi futbol matçını
birlikdə izləyib. Süfrə arxasında Natiq Qədimov şən zarafatlarından, hər
zamankı pozitivliyindən qalmayıb. Daha sonra çay süfrəsinə əyləşiblər.
Bacısı Esmira İbrahimova deyir ki, Natiq bir
anda müvazinətini itirib onun üstünə yıxılıb:"Əvvəlcə
bunu zarafat hesab etdim. Bir anda baxdım ki, stoldan yerə yıxıldı. Artıq gec
idi, bir anın içində Natiq keçinmişdi. Elə deyə-deyə, gülə-gülə bir anın içində...
Hələ də şokdan ayıla bilməmişik.
Çox sağlam insan idi, heç vaxt xəstəlikdən şikayəti olmamışdı. Lakin son günlər
qollarının və əlinin keyləşməsindən, ayağının tutulmasından şikayət edirmiş. Hətta
bir gün əli quruyub və tərpədə bilməyib. O formada şəklini çəkib anama göndərmişdi.
Həkimə getmək sözünü isə yaxın qoymurdu, deyirdi ki, sağlam insanam, yəqin
soyuq dəyib, keçər. Hər dəfə masaj edir və düzəldiyini deyirdi. Ancaq sən demə
səbəb başqa imiş...”.
Jurnalistin atası Aydın Qədimov da oğlunun həmin gün çox xoşbəxt olduğunu,
lakin bu xoşbəxtliyin uzun sürmədiyini təəssüf hissi ilə qeyd edib.
Qeyd edək ki, 41 yaşlı mərhum
jurnalistin öncəki evliliyindən bir oğlu var. İkinci dəfə ata olacağını gözləyən
Natiq Qədimova ömür vəfa etmədi.
Allah rəhmət eləsin!
Daha ətraflı təqdim etdiyimiz videodan izləyə
bilərsiniz.