Главная > Baş Xəbər > Türkiyə: “Amma”sız və amansız olaraq hazırıq!

Türkiyə: “Amma”sız və amansız olaraq hazırıq!


25-11-2017, 19:38.

                   Türkiyə: "Amma”sız və amansız olaraq hazırıq!

 

Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ Misirdə baş vermiş qanlı faciə ilə bağlı açıqlama verib.

Axar.az xəbər verir ki, Bozdağ Türkiyənin Misir xalqının və dövlətinin yanında olduğunu deyib.

"Türkiyə, bu günə qədər olduğu kimi, bundan sonra da terrorla mübarizə sahəsində hər cür əməkdaşlığa "amma”sız və amansız olaraq hazırdır”, - Bozdağ bildirib.

Qeyd edək ki, Misir Baş Prokurorluğunun yaydığı məlumata görə, Əl-Rauda məscidində cümə namazı zamanı törədilən terror aktı nəticəsində həlak olanların sayı 235 nəfərdir, 130-dan çox insan müxtəlif dərəcəli xəsarət alıb.

 


Вернуться назад