Главная > Türk Dünyası / Müsahibə > “İran hakimiyyəti türkmən kəndlərinin adlarını xəritələrdən çıxarır” - Danyal Babayani
“İran hakimiyyəti türkmən kəndlərinin adlarını xəritələrdən çıxarır” - Danyal Babayani28-11-2017, 11:34. |
"Türkmənlər mübarizələrində təkdirlər. Heç bir yerdən dəstəyimiz yoxdur” Danyal Babayani İran İslam rejiminin zülmündən qurtulmaq
üçün qardaş Türkiyəyə sığınmış gənc türkmən aktivistidir. Həbsdən sonra İran kəşfiyyat idarəsi ona əməkdaşlıq təklif edib: "Bu iyrənc təklifi rədd etdim. Sonra BMT-nin Türkiyədəki nümayəndəliyinə müraciət edərək beynəlxalq qoruma istədim. İndi müvəqqəti olaraq Türkiyədə yaşayıram”. Danyal bəy fəaliyyətini Türkiyədə davam etdirir. TUHRA
(Turkmen Human Rights Activists) adlı insan haqları təşkilatı qurub və bu
quruma rəhbərlik edir. "Təəssüf ki, İran türkmənlərini müdafiə edəcək insan
haqları qurumu yox idi” deyən gənc müsahibimiz soydaşlarının hüquqlarının
müdafiəsi istiqamətində fəaliyyət göstərir. Məqsədi İran türkmənlərinin normal
vətəndaş hüquqlarını əldə etməsidir: - Pəhləvilərin türkmənlərə qarşı siyasətinin indi də davam etdiyini söyləyirsiniz. - Bəli. 1980-ci illərdə- İslam Cumhuriyyətinin qurulduğu ilk illərdə türkmənlər sıx yaşadıqları bölgələrdə özünüidarə hüququ istədilər. Zatən, Xomeyni də inqilab zamanı etnik azlıqların bütün hüquqlarının təmin olunacağını vəd etmişdi. İran hakimiyyəti türkmənlərin bu istəyinə qarşı çıxdığı azmış kimi, 150 türkmən aktivisti edam edərək türkmənlərə göz dağı vermək istədi. Xeyli türkmən yeni İran hökumətinin cəzalarından yaxa qurtarmaq üçün mühacirətə getmək zorunda qaldı. İran dövləti hər zaman qeyri-farslara, özəlliklə türk əsillilərə, o cümlədən türkmənlərə qarşı basqı siyasəti yürüdür. Sünni olduğumuz üçün də bizə qarşı məzhəb ayrı-seçkliyi siyasəti yürüdülür. Bir neçə həftə öncə altı türkmən aktivisti ETTELAAT-a çağrılaraq onlardan fəliyətlərinin dayandırılması tələb olunub. Əks təqdirdə, həbs olunacaqları ilə hədələniblər. - İran türkmənlərinin yaşadıqları bölgələrdə iqtisadi durum necədir? Başqa bölgələrdən fərqlidirmi? - Türkmənlər Gülüstan ve Quzey Xorasan bölgəsində, yəni
İranın quzey-doğusunda yaşayırlar ki, bildiyiniz kimi, bu region Türkmənsəhra
olaraq tanınır. Türkmənsəhra Türkmənistan Cumhuriyyəti ilə həmsərhəddir.
Bildiyiniz kimi, tarixi, mədəniyyəti, daşıdıqları dəyərlər eyni. - Yəni məqsədyönlü siyasət yürüdüldüyünü iddia edirsiniz. - Əlbəttə. Pəhləvilər zamanında əsası qoyulmuş farslarşdırma siyasəti bu gün də davam etdirilir. Pəhləvi dövründə türkmənlərin qovulduğu, əllərindən alındığı ərazilər sistanilərə satılır, bağışlanılır. Lakin bu torpaqların türkmənlərə satılması yasaqdır. Son illər türkmənlərə məxsus torpaqlarda sistanilərin yaşadıqları 500 kəndi rəsmiləşdirmək üçün kod adları verildi, lakin bir türkmən kəndinə belə, kod verilmədi. Türkmən kənd adları farslaşdırılır. Türkmənlərin yaşadıqları kəndlərin adları xəritələrdən çıxarılır. Mən sizə basqıların çox az bir qismini anladıram. - Hazırda İrandakı türklmənlərin mübarizəsinə rəhbərlik edən bir təşkilat, ya lider varmı? - Əslində İran türkmənləri, yaxud Türkmənsəhra əhalisi nə yazıq ki, Türkiyə və Azərbaycan cümhuriyyətindəki soydaşlarımız tərəfindən çox da tanınmır. Türkmənlər mübarizələrində təkdirlər. Heç bir yerdən dəstəyimiz yoxdur. İran hökumətinin basqı və təpkiləri üzündən orada təşkilat yaratmaq mümkünsüzdür. Türkmənləri kimsə tanımadığı ve ismini belə eşitmədikləri üçün mübarizələrini təkbaşına, heç bir yerdən dəstək almadan öz milli güc və iradələri ilə çətin şərtlərə baxmayaraq İran hökumətindən milli və insani haqlarını tələb etmişlər və edirlər. Türkmənlərin 1980-ci il olaylarından sonra heç bir təşkilatı olmayıb. Yalnız keçən illərdə gənc türkmən aktivistlərin sayəsində insan haqları təşkilatları və xəbər agentliyi quruldu. Onlardan biri də yuxarıda qeyd etdiyim kimi, TUHRA-dır ki, məqsədi İranda türkmənlərə qarşı hər cür dini bə etnik ayrı-seçkiliyi ortadan qaldırma ve hökumətin onların haqlarını tanımasına nail olmaqdır. Təşkilatımız Türkmənsəhra bölgəsində insan hüquqlarının vəziyyəti barədə hesabatlar hazırlayaraq BMT-yə təqdim edir. Həbs olunan, ya da ədaləstsiz şəkildə ittiham olunan türkmən varsa, onun hüquqlarının müdafiəsi üçün imzatoplama kampaniyası aparırıq. Tuhra.org bizim xəbər saytımızdır. Biz bu sitede İran hökumətinin türkmənlərə qarşı həyata keçirdiyi sistematik basqıları paylaşır, bu sayt sayəsində yurd dışındaki soydaşlarımız Türkmənsəhra ilə bağlı son olaylar barədə bilgi ala bilirlər. Müsahibəni Azər Sarıoğlu hazırlayıb
Вернуться назад |