Главная > Maraqlı > Telefon və internet asılılığı beyni necə dəyişir?

Telefon və internet asılılığı beyni necə dəyişir?


30-11-2017, 17:40.

                       Telefon və internet asılılığı beyni necə dəyişir?

 

Cənubi Koreyanın bir qrup alimi asılılığın iki yeni formasını – telefon və internet aludəçiliyini araşdırıb.

Novator.az-ın məlumatına görə, alimlərin bir neçə il ərzində apardığı tədqiqat göstərib ki, belə asılılığa düçar olanların bəzisinin davranışında narkomanlara xas dəyişiklər baş verir. Belə ki, "telefon narkomaniyası” əsl narkomanlarda olduğu kimi beynin kimyəvi balansını, iş tərzini dəyişir.

Alimlərin fikrincə, telefon və internet asılılığına düçar olanlar əsasən öz arzularına hakim durmaqda çətinlik çəkən impulsiv insanlardır. İmpulsivlik içki düşkünlərinə və narkomanlara da xasdır.

Alimlər narkomanların və alkoqol asılılığı olan adamların əsəb sistemində və beyin fəaliyyətində baş verən dəyişikliyin "rəqəmsal”asılılıqdan əziyyət çəkən insanlarda da baş verib-vermədiyini öyrənmək üçün belə bir eksperiment aparıblar. 20 nəfər yeniyetmədən ibarət iki qrup toplanıb. Qrupun yarısı "rəqəmsal” asılılıq diaqnozu qoyulmuş gənclər olub. Alimlər beynin müxtəlif hissələrinin kimyəvi tərkibini müəyyən etmək qabiliyyətinə malik maqnit-rezonans tomoqrafiyasıdan istifadə edərək yeniyetmələrin əsəb sistemini araşdırıblar. Nəticə göstərib ki, həqiqətən də telefon və ya internet asılılığı beyində kimyəvi dəyişiklik yaradır. Ən ciddi pozuntu beynin impulsiv davranışa və narahatlıq duyğusuna cavabdeh hissəsində baş verir.

 


Вернуться назад