Главная > Siyasət > Netanyahudan İran açıqlaması

Netanyahudan İran açıqlaması


3-12-2017, 11:45.

                     Netanyahudan İran açıqlaması

İsrail hökuməti İranın Suriyada daimi hərbi varlığına icazə verməyəcək və Tehranın nüvə silahı əldə etməsinə imkan verməyəcək.

"Report” TASS-a istinadən xəbər verir ki, bunu şənbə günü öz "Facebook" səhifəsində yəhudi dövlətinin baş naziri Binyamin Netanyahu yazıb.
"Biz yəhudi dövlətinin məhvinə can atan [İran] rejiminin nüvə silahı əldə etməsinə imkan verməyəcəyik, biz İranın açıq şəkildə dövlətimizi məhv etmək niyyəti ilə möhkəmlənməyə çalışdığı Suriyada daimi hərbi varlığına yol verməyəcəyik", - deyə baş nazir yazıb.


Вернуться назад