Главная > Region > Ağdamda təcili yardım maşınları pambıq yığımında: XƏSTƏLƏRİN GÖZÜ YOLDA -VİDEO

Ağdamda təcili yardım maşınları pambıq yığımında: XƏSTƏLƏRİN GÖZÜ YOLDA -VİDEO


3-12-2017, 09:39.

Ağdamda təcili yardım maşınları pambıq yığımında: XƏSTƏLƏRİN GÖZÜ YOLDA -VİDEO

 

Son günlər qalmaqallı kadr təyinatları, nüfuzdan düşmüş və korrupsiyaya bulaşmış şəxslərin yüksək postlara təyinatı ilə ölkə mediasının gündəminə gələn Ağdamdan daha bir xəbər var.

Rayonda minlərlə problem həll edilməmiş qalarkən iclas keçirib yas yerlərində israfçılığa, aş-qaraya mühariba açan, bir növ Vasif Talıbovu təqlid edən Raqub Məmmədovun yarıtmaz idarəçiliyi ilə sosial şəbəkədə bağlı daha bir süjet yayımlanıb.

Realmedia.az rayonda pambıq "pripiskası” ilə bağlı yazı vermişdi və qeyd etmişdik ki,

Agdamda əkilən pambıqın yarıdan çoxu məhv olub. İcra başçısı bundan çıxış yolu axtarıır və vəzifədə qalmaq üçün yeganə vasitə kimi "pripiska”ya köklənib.

Nəticədə idarə və təşkilatlara əmr olunub ki, ya pambıq yığsınlar, ya da pambığın pulun ödəsinlər.

Ağdam Musiqi Kollecinin payına nə qədər "pambıq öhdəçiliyi” düşüb bilinmir. Ancaq Realmedia.az-a verilən məlumatda deyilir ki, tələbələrdən 30 manatdan pul yığılıb. Direktor Laura Ağayeva deyib ki, həmin pullar pambıq zavoduna veriləcək və əvəzində adlrına neçə ton (guya yığdıqları) məhsul rəsmiləşdiriləcək.

Yazıdan sonra Laura Ağayeva yığılan pambıq pullarını geri qaytarıb.

Yeni yayılan süjet isə Ağdamda təcili yardım maşınlarının pambıq sahələrinə işçi daşıması ilə bağlıdır.

Xəbər verilir ki, icra başçısının tələbilə yerli xəstəxananın baş həkimi bütün maşınları sahələrə yönəldib. Nəticədə həkimlərə ehtiyacı olan, çağırış verən vətəndaşların gözləri yolda qalır. Səhiyyə Nazirliyini bu biabırçılıqdan xəbəri varmı? Axı icra başçıları nə vaxtadək müəllimlərin, səhiyyə işçilərinin fəaliyyətini axsadacaqlar?


 


Вернуться назад