Главная > GÜNDƏM > Yəməndə üsyançılar telekanalın binasını ələ keçiriblər

Yəməndə üsyançılar telekanalın binasını ələ keçiriblər


3-12-2017, 15:22.

                  Yəməndə üsyançılar telekanalın binasını ələ keçiriblər

 

Yəmənin "Ənsərullah" (husilər) hərəkatının üsyançıları sabiq prezident Əli Abdullah Salihə məxsus olan "Yemen El-Yevm" telekanalının binasını ələ keçiriblər və telestansiyanın əməkdaşlarını girov götürüblər.


"Report"un məlumatına görə, bu barədə "Yemen El-Yevm" telekanalının əməkdaşı "Anadolu" agentliyinə xəbər verib.

O, bildirib ki, telekanalın mühafizəçiləri ilə husilər arasında baş vermiş atışma zamanı üsyançılar telekanalın binasını partladıblar.

"Yemen El-Yevm" saytı isə xəbər verib ki, telekanalın yayımı dayandırılıb.

Husilər həmçinin "Yemen.net" internet provayderinə də nəzarəti ələ alıblar və sabiq prezident Əli Abdullah Salihə məxsus portalın xəbərlərinə girişi məhdudlaşdırıblar.


Вернуться назад