Главная > Aktual > Almaniya əks-kəşfiyyatının rəhbəri: Ölkədə terror təhlükəsi var

Almaniya əks-kəşfiyyatının rəhbəri: Ölkədə terror təhlükəsi var


3-12-2017, 22:10.

Almaniya əks-kəşfiyyatının rəhbəri: Ölkədə terror təhlükəsi var

 

Almaniyada ölkənin əks-kəşfiyyat fəaliyyətini həyata keçirən, Konstitusiyanın Müdafiəsi Federal Xidmətinin rəhbəri Hans-Qeorq Maasen ölkədə terror təhlükəsinin olduğunu bildirib.


"Report"un məlumatına görə, bu barədə "Berliner Morgenpost" xəbər verib.

Məlumata görə, Hans-Qeorq Maasen bildirib ki, İŞİD silahlılarının həyat yoldaşları, uşaqları Suriya və İraqdan qayıdırlar. Bu, onların gəldiyi ölkə üçün təhlükədir.

"İŞİD-in qondarma məktəblərində bəzi uşaqların beyinlərini yuyublar və onların radikallaşmasına güclü imkan yaradıblar. Bizim üçün bu, problemdir, bir halda ki, bu uşaqlar və yeniyetmələr bəzən təhlükəli ola bilərlər. Çünki onlar radikal baxışlara malikdirlər və İŞİD ideologiyasını bölüşürlər" – deyə o bildirib.


Вернуться назад