Главная > Video xəbər > "Savaşçı" serialından "Qarabağ"a dəstək - VİDEO

"Savaşçı" serialından "Qarabağ"a dəstək - VİDEO


3-12-2017, 19:13.

                   "Savaşçı" serialından "Qarabağ"a dəstək - VİDEO

Türkiyənin "FOX” telekanalında yayımlanan "Savaşçı” serialının 23-cü bölümünün növbəti fraqmanı yayımlanıb.

 

Fraqmanda Azərbaycan və Türkiyənin qardaş ölkələr olmasına dair fikirlər səsləndirilib.

 

Bundan başqa, Azərbaycanda da maraqla izlənilən serialda "Qarabağ”a da dəstək mesajı verib. Belə ki, "Kılıç” manqasının əsgərləri Qarabağxareoqrafiyası ilə diqqət çəkib.

 

Maraq üçün bildirək ki, Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Bakıda keçirilən "Qarabağ” -"Atletiko” matçında ağdamlı azarkeşlərin A4 vərəqlərin üzərində"Qarabağ” adı yazılan kiçik xareoqrafiyası müzakirələrə səbəb olmuşdu.

Uluyol.az

 


Вернуться назад