Главная > Aktual > Əfqanıstan-Tacikistan sərhədində atışma

Əfqanıstan-Tacikistan sərhədində atışma


4-12-2017, 08:44.

                                  Əfqanıstan-Tacikistan sərhədində atışma

 

12 narkotik qaçaqmalçısı Tacikistanın Əfqanıstan ilə sərhədində yerləşən "Baxorak” keçid məntəqəsinə daxil olmağa cəhd edib.

Axar.az xəbər verir ki, Tacikistan Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb.

Təhlükəsizlik qüvvələri ilə atışmada sərhəd dəstəsinin komandiri, polkovnik Xayriddin Axtamov həlak olub, dörd nəfər isə yaralanıb. Cavab atəşi ilə üç sərhəd pozucusu öldürülüb, qalanları Əfqanıstan ərazisinə qaça bilib.

Təhlükəsizlik qüvvələri hadisə yerində dörd avtomat, 33 kiloqram narkotik maddə aşkar edib.

Tacikistan Xarici İşlər Nazirliyi Əfqanıstan tərəfinə hadisə ilə bağlı rəsmi nota göndərib.

 


Вернуться назад