Главная > Araşdırma > Ebru Gündeş var-dövlətini necə qorudu? – ZƏRRABLA MÜQAVİLƏ

Ebru Gündeş var-dövlətini necə qorudu? – ZƏRRABLA MÜQAVİLƏ


4-12-2017, 10:28.

             Ebru Gündeş var-dövlətini necə qorudu?– ZƏRRABLA MÜQAVİLƏ

 

Bu günlərdə ABŞ-da məhkəmə qarşısına çıxarılan və Türkiyə höküməti ilə bağlı şok faktlar açıqlayan Azərbaycan əsilli iş adamı Rza Zərrabın və qohumlarının Türkiyədəki bütün mülkləri müsadirə edilib
. Lent.az xəbər verir ki, Rza Zərrabın tanınmış müğənni Ebru Gündeşlə nikahdan doğulan qızı Alaranın da adının olduğu siyahıda ümumilikdə qohumunun və yaxın adamının adı var. Lakin iş adamının həyat yoldaşı Ebru Gündeş adına olan mülklərini qoruyub saxlaya bilib.

Türkiyənin "Hürriyət” qəzetinin verdiyi məlumata görə, müğənni Rza Zərrabla evlənərkən onunla əmlaka dair müqavilə imzalayıb. Müqavilədə qeyd edilib ki, hər iki şəxsin evlənənə qədər əldə etdiyi mülklər onların şəxsi mülkiyyətində qalacaq və nikahla ümumiləşdirilməyəcək. Buna görə də Ebru Gündeşin Rza Zərrabın rolu olmadan əldə etdiyi hər şeyi onun ixtiyarında qalıb. Lakin onların qızı Alaranın adına keçirilmiş bütün mülklər dövlətin xeyrinə müsadirə edilib.

 


Вернуться назад