Главная > Kriminal > Sabiq nazirə cəza anonsu

Sabiq nazirə cəza anonsu


4-12-2017, 17:48.

                                  Sabiq nazirə cəza anons 

 

Dekabrın 4-də Moskvanın Zamoskvoretski Rayon Məhkəməsində Rusiyanın sabiq iqtisadi inkişaf naziri Aleksey Ulyukayevin işi üzrə proses davam edib. Novator.az-ın məlumatına görə, prokuror Aleksey Ulyukayevin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Hazırda Aleksey Ulyukayev ev dustağıdır.

Aleksey Ulyukayevə ötən il noyabrın 15-də Rusiyanın İstintaq Komitəsi cinayət işi qaldırıb, həmin gün o, nazir postundan azad edilib.

Sabiq nazir 2 milyon dollar rüşvət almaqda təqsirli bilinir. Aleksey Ulyukayevin "Başneft” şirkətinin aksiyalarının alınmasına razılıq vermək üçün "Rosneft” şirkətindən 2 milyon dollar alarkən tutulduğu açıqlanıb.

61 yaşlı Aleksey Ulyukayev iqtisadi inkişaf naziri postunu 2013-cü ildən tutub.

4 dekabr prosesində prokuror Aleksey Ulyukayevə 500 milyon rubl cərimə kəsilməsi, onun vəzifəsi tutmaq hüququnun alınması, dövlət təltiflərindən məhrum edilməsi təkliflərini də verib.



Вернуться назад