Главная > Dünya > İran şirkəti Ermənistan polisinə yeni avtomobillər göndərdi

İran şirkəti Ermənistan polisinə yeni avtomobillər göndərdi


4-12-2017, 18:39.

                      İran şirkəti Ermənistan polisinə yeni avtomobillər göndərdi

 

"Iran Khodro” şirkətinin istehsal etdiyi 18 ədəd "Soren” markalı avtomobil Ermənistan polisinə təhvil verilib.

Trend-in məlumatına görə, Ermənistan polisi artıq bir neçə ildir ki "Iran Khodro”dan avtonəqliyyat vasitələri alır və bu günə qədər 75 avtomobil əldə edib.

Gələn ildən hakimiyyətin ölkəyə köhnə avtomobillərin idxalına qadağa qoyacağını nəzərə alsaq, "Iran Khodro” avtomobillərinin Ermənistana satış həcminin artacağı gözlənilir.

Qeyd edək ki, bir ildir Yerevanda İran şirkətinin nümayəndəliyi fəaliyyət göstərir.

 


Вернуться назад